Avropa Məhkəməsinin
Ermənistanın məkrli siyasi oyunlarından kənarda
dayanacağına ümid edirik
Xarici İşlər Nazirliyi
(XİN) Azərbaycana qarşı müvəqqəti tədbirlərin
tətbiqi ilə bağlı Ermənistan tərəfindən
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
(İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin
2020-ci il 28 sentyabr tarixində dərc edilmiş press-relizinə,
həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya
departamentinin rəhbərinin İHAM tərəfindən bu
müraciətə qısa müddətdə
baxılacağı barədə verdiyi məlumata dair məlumat
yayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən CBC-yə bildiriblər ki, məlumatda
deyilir:
“İlk növbədə,
sentyabrın 27-də Ermənistan silahlı qüvvələri
təmas xətti boyunca Azərbaycan Respublikasının
mövqelərini və yaşayış məntəqələrini
iriçaplı silahlar, minaatanlar və müxtəlif
çaplı artilleriya qurğularından atəşə
tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə
əl atıblar. Mülki əhalini və mülki obyektləri
açıq və məqsədyönlü şəkildə
hədəfə alan Ermənistan bu günədək hərbi
qulluqçulardan əlavə, aralarında ahıl, qadın və
uşaqların olduğu doqquz nəfər Azərbaycanlı
mülki vətəndaşı qətlə yetirib, onlarla
mülki şəxsi yaralamış və çoxsaylı evlərə
və mülki obyektlərə ciddi ziyan vurub.
Beynəlxalq humanitar hüquq və
insan hüquqlarını kobudcasına pozan Ermənistan
hökumətinin bu müraciəti onun ikiüzlü siyasətinin
növbəti təzahürüdür.
Digər tərəfdən, nəzərə
alsaq ki, hərbi əməliyyatlar Azərbaycanın
işğal olunmuş ərazilərində gedir, əslində
Ermənistanın bu müraciəti onun Azərbaycanın
torpaqlarının işğalına dair ictimai etirafı kimi
də başa düşülə bilər.
Görünən odur ki, Ermənistan
ənənəsinə sadiq qalaraq, İnsan Hüquqları
üzrə Avropa Məhkəməsini öz siyasi oyunlarına
alət etməkdən və bu müstəsna hüquq müstəvisindən
çirkin siyasi məqsədlər üçün istifadə
etməkdən çəkinmir. Avropa Məhkəməsinin Ermənistanın
məkrli siyasi oyunlarından kənarda dayanacağına ümid
edirik.
Hesab edirik ki, Beynəlxalq
hüququn fundamental norma və prinsiplərini, Ermənistan
qoşunlarının Azərbaycanın işğal olunmuş
ərazilərindən tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884
saylı qətnamələrini, beynəlxalq humanitar hüququ,
o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və
onların Əlavə Protokollarını kobud şəkildə
pozmaqda davam edən, İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin Çıraqov Ermənistana
qarşı iş üzrə pilot xarakter daşıyan 2015-ci
il tarixli qərarını bu günədək icra etməyən
Ermənistanın insan hüquqlarının müdafiəsi
mexanizmlərindən sui-istifadə etmək cəhdinin
qarşısı alınmalıdır.
Azərbaycanın Müdafiə
Nazirliyi tərəfindən dəfələrlə bəyan
edildiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan
Silahlı Qüvvələri mülki əhalini, mülki
obyektləri və mülki infrastrukturu hədəfə
almır. Ermənistanın məqsədli şəkildə atəş
nöqtələrini yaşayış məntəqələrinin
yanında yerləşdirdiyini nəzərə alaraq,
Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə
məskunlaşdırılmış əhaliyə hərbi
obyektlərdən kənarda durmaq barədə rəsmi
çağırış edib.
Onu da qeyd edək ki, Ermənistan
Respublikasının silahlı qüvvələrinin Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsini və
ətraf rayonlarını işğal etməsi, Azərbaycan
Respublikasına qarşı silahlı hücumlar etməsi və
mütəmadi hərbi təxribatlar törətməsi ilə
əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan
Respublikasının bütün ərazisində hərbi vəziyyət
elan edilib. İnsan Hüquqları üzrə Avropa
Konvensiyasının 15-ci maddəsinə
uyğun olaraq, Azərbaycan tərəfi hərbi vəziyyətin
tətbiqi ilə əlaqədar Konvensiya üzrə bəzi
öhdəliklərdən geri çəkilmə hüququndan
(deroqasiya) istifadə etməsi haqqında sentyabrın 28-də
Avropa Şurasının Baş katibini məlumatlandırıb.
Bildiririk ki, Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Ermənistanın
növbəti hərbi təcavüzünün
qarşısını almaq və təmas xətti boyunca
sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə özünü müdafiə
hüququ çərçivəsində apardığı əks
əməliyyatlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə
riayət etməkdədir.
Azərbaycan.-
2020.-30 sentyabr.- S.9.