2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 4 yanvar 2020-ci
il tarixli 7 saylı
müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 5/28
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüş
İsmayılov Cahandar
Cahangir oğlu 4 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək namizədliyinin
qeydə alınmasından
imtinaya dair 22 saylı Nəsimi ikinci seçki dairəsi dairə seçki komissiyasının
(dairə seçki komissiyası) 3 yanvar
2020-ci il tarixli 28/127 saylı qərarını
mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş
hüquqlarının bərpa
olunmasını xahiş
etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (Seçki
Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması
ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi
və onlara baxılması qaydaları
haqqında Təlimat”ın
tələbinə uyğun
olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata
qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd C.C.İsmayılov
müraciətində qeyd
etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 22 saylı
Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş, həmin
seçki dairəsinin
ərazisində seçici
imzaları toplanaraq imza vərəqələri
və ona əlavə edilmiş digər seçki sənədləri dairə
seçki komissiyasına
təqdim edilmiş, təsisçisi olduğu
hüquqi şəxsin
VÖEN hesabının 2008-ci ildə bağlanması üçün müvafiq
dövlət orqanına
müraciət etməsinə
baxmayaraq onun bu günədək aktiv olması barədə məlumatsız
olduğu üçün
maliyyə hesabatına
bu barədə məlumatlar daxil edilməmiş, imza vərəqələrində isə
50 imza təsisçisi
olduğu hüquqi şəxsin icraçı
direktoru tərəfindən
toplandığı üçün
onların etibarsız
sayılmasının qanunvericiliyin
tələblərinə uyğun
olmadığı, həmçinin
buraxılan səhvlərin
düzəldilməsi üçün
dairə seçki komissiyasının onu 48 saat müddətində məlumatlandırmadığı bildirilmişdir.
Dairə seçki
komissiyası C.C.İsmayılovun
namizədliyinin qeydə
alınmasından imtina
barədə qərarını
təqdim edilən imza vərəqələrindəki
imzaların 63-nün etibarsız
hesab edilməsi, əmlak barəsində məlumatda mülkiyyət
hüququ əsasında
namizədə məxsus
mövcud olan digər əmlakın göstərilməməsi, həmçinin
namizədin gəlirlərinin
miqdarı və mənbələri barədə
məlumatda onun vergi ödəyicisi olmasının qeyd edilməməsi ilə əsaslandırmışdır.
Araşdırma ilə əlaqədar ərizəçi ilə
əlaqə saxlanılmış,
araşdırma və
iclasda iştirak etmək, həmçinin digər hüquqlarının
olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.
Araşdırma ilə əlaqədar müvafiq sənədlər dairə seçki komissiyasından tələb edilərək nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, namizəd C.C.İsmayılovun təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması prosesində dairə seçki komissiyası seçki qanunvericiliyinin tələblərinə düzgün riayət etməmişdir. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatda onun tərəfindən gəlirlərinin göstərilməməsi təsdiqini tapmamışdır. Namizəd mülkiyyət hüququ əsasında mövcud olan ona məxsus digər daşınmaz əmlakı barədə məlumat verməmişdir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun 2020-ci il 6 yanvar tarixli rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışa əsasən namizəd C.C.İsmayılovun Əmlak barəsində Məlumatda göstərdiyi əmlaklardan başqa ona məxsus digər əmlak da dövlət qeydiyyatına alınmışdır.
Namizəd C.C.İsmayılovun ona məxsus daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Namizəd C.C.İsmayılovun dairə seçki komissiyası tərəfindən qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün onu 48 saat müddətində məlumatdırmamasına dair iddiası əsassızdır. Belə ki, qeyd edilən hal düzəldilməsi mümkün olan nöqsanlar sırasına aid deyildir.
Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, C.C.İsmayılovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 28/127 saylı Qərarının əsaslandırma hissəsindən imtinanın əsası kimi seçici imzalarının etibarsız sayılması və gəlirlərinin miqdarı və mənbələri barədə məlumatın göstərilməməsi çıxarılmalı, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 57.1-ci, 58-ci, 59-cu, 60.2.3-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş C.C.İsmayılovun 4 yanvar 2020-ci il tarixli 7 saylı müraciəti qismən təmin edilsin, dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 28/127 saylı Qərarının əsaslandırma hissəsindən imtinanın əsası kimi seçici imzalarının etibarsız sayılması və gəlirlərin miqdarı və mənbələri barədə məlumatın göstərilməməsi çıxarılsın, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
07.01.2020
Azərbaycan.- 2020.- 8 yanvar.-
S.5.