2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 4 yanvar 2020-ci il tarixli 58 saylı
müraciətə baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 5/32
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzrə qeydə alınmış namizəd Rüstəmov Rafiq Bəhram oğlu və müşahidəçi Şahmarov Əbülfət Ataş oğlu 4 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) ərizə ilə müraciət edərək 67 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının 30 dekabr 2019-cu il tarixli 35/315 saylı qərarını mübahisələndirmiş və səsvermə günü həmin bələdiyyəni əhatə edən seçki məntəqələrində qanun pozuntusuna yol verildiyini iddia etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Ərizəçilər öz müraciətlərində göstərmişlər ki, səsvermənin nəticəsinə uyğun olaraq, qeydə alınmış namizəd Rüstəmov Rafiq Bəhram oğluna verilmiş səslər düzgün hesablanmamışdır.
Araşdırma ilə əlaqədar ərizəçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, müşahidəçi Şahmarov Əbülfət Ataş oğlunun iclasda iştirakı təmin olunmuşdur.
Araşdırma nəticəsində şikayətçilərin səsvermə günü mübahisələndirdikləri seçki məntəqələrində səsvermənin nəticələrinin hesablanması prosesini şəxsən müşahidə etdikləri iddia olunsa da namizədin özünün və müşahidəçisinin həmin məntəqələrdə müşahidə aparmaları öz təsdiqini tapmamışdır. Belə ki, səsvermə günü 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 14 seçki məntəqəsində səslərin sayılmasında və səsvermənin nəticələri haqqında protokolun tərtib edilməsində hər hansı bir pozuntuya yol verilmədiyi həmin prosesi müşahidə etmiş müşahidəçilər İ.S.Mirzəyev, M.M.Fətullayev, Ə.M.Abdullayev, Z.A.Aslanov, R.Ə.Hüseynov, B.F.Səlimov, İ.Ə.Ələsgərov, E.Ş.İbadov, A.Ə.Nəsirov, Ş.S.Sadatova, V.V.Məmmədov, X.Ş.Mirzəyev, A.Ə.Nəcəfov, qeydə alınmış lakin bələdiyyə üzvü seçilməmiş digər namizədlər Q.Q.Qasımov, B.R.Allahverdiyev, S.X.Ağayev, İ.P.Qasımzadə, Q.A.Ağayev, E.P.Qasımov, Ə.V.Babayev, G.Ə.Məmmədova, V.S.Mahmudov, G.Z.Quliyev, S.M.Əsədov, F.B.Əliyev, R.İ.Hüseynli, H.L.Mirzəyev, seçicilər A.M.Camalov, Q.M.Camalov, İ.R.Qəhrəmanov, A.H.Cəbrayılov, M.M.Muradov, A.A.Qəmbərov, H.Q.Dövlətov, L.A.Qasımov, İ.Əliyev, O.F.Güləliyev, həmçinin seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrinin məntəqə seçki komissiyasının üzvləri R.Ş.Həsənzadə, G.G.Fətullayev, V.V.Məmmədzadə, C.A.Əzimov, A.C.Həsənov, P.A.Həsənov, C.D.Nəbiyev, Ə.Qəmbərov, H.A.Mirzəyev, S.F.Feyzullayev, İ.M.Əzizov, Z.H.Şəmiyev, R.Ə.Quliyev, F.İ.Muradov, Ə.A.Xəlilov, S.M.Hüseynov, Y.N.Əliyev, A.Q.Əskərov, Q.Y.Qasımov, N.Nəzərov, E.F.Əsədov, E.Qubadov, A.İ.Ağayev, M.Həsənov, S.S.Quliyev, S.Ş.Adbullu, E.Z.Əzimov, A.A.Ağayev, H.Ə.Astanov, P.X.Əliyev, Z.Seyfullayev, Ə.Ə.Novruzov, E.S.Vəliyev, N.Ə.Məmmədov, Ə.V.Əliyev, V.İ.Məmmədov, İ.Məmmədli, M.A.Əmiraslanov, Ş.A.Əmiraslanova, E.X.Mirələmov, Ə.Z.Əliyev, Y.M. Süleymanov, Ş.H.Yusubov, V.V.Əzizov, F.F.Babayev, M.Ağayev, M.R.Qurbanov, N.F.Mirzəyev, F.Quliyev, T.B.Quliyev, Ş.A.Əsədov, Ə.B.Qəmbərov, Ə.M.Salmanov, Ş.A.Həsənov, X.İ.Əliyev, M.Sultanova, Q.Q.Quliyev, F.H.Ağayev, V.Allahverdiyev, M.Quliyev və P.N.Sadıqovun izahatları ilə təsdiq olunur.
Beləliklə, şikayətin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 67 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad şəhər bələdiyyəsi üzrə qeydə alınmış namizəd Rüstəmov Rafiq Bəhram oğlu və müşahidəçi Şahmarov Əbülfət Ataş oğlunun 4 yanvar 2020-ci il tarixli 58 saylı müraciəti əsassız olduğundan təmin olunmasın, dairə seçki komissiyasının 30 dekabr 2019-cu il tarixli 35/315 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
07.01.2020
Azərbaycan.- 2020.- 8 yanvar.-
S.5.