Leyla Əliyevanın təşəbbüsü ilə RAGB
könüllüləri uşaqlar üçün Yeni il aksiyası təşkil ediblər
Rusiyanın Azərbaycanlı
Gənclər Birliyinin
sədri (RAGB) Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvada, Qorki adına
parkda uşaqlar üçün «AMORKIDS» adlı
ənənəvi Yeni
il aksiyası təşkil edilib.
Parka gələnləri
Şaxta Baba
qarşılayıb. O, qonaqlara əsl Yeni il şənliyi təşkil
edib və onlara hədiyyələr
bağışlayıb. Uşaqlar sevinc hissi ilə müsabiqələrdə və oyunlarda iştirak ediblər,
çalıb oynayıblar, mahnı və şeir
oxuyublar, tapmacalara cavab tapıblar və dövrə vurublar.
Azərbaycan.- 2020.- 8 yanvar.- S.7.