İtaliyanın xəbər portalı “İlham
Əliyev – müasir Azərbaycanın Prezidenti” sərlövhəli məqalə dərc
edib
İtaliyanın nüfuzlu “Eurasiaticanews.altervista.org” portalında “European News Agency” agentliyinin müxbiri Karlo Marinonun “İlham Əliyev- müasir Azərbaycanın Prezidenti” başlıqlı yazısı dərc olunub.
AZƏRTAC-ın İdarə
Heyətinin sədri,
OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham
Əliyev.
Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsinə
istinadla yazılmış
materialda Azərbaycan Prezidentinin həyat və fəaliyyəti, onun rəhbərliyi ilə qazanılmış
uğurlar geniş təhlil edilib.
Məqalədə deyilir:
“Prezident İlham Əliyev əlbəttə
ki, inkişaf etmiş Azərbaycan dövlətinin yaradıcısı
kimi tarixə düşüb. Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanıyır və qəbul edir. Dünya Bankının “Doing Business 2020”
hesabatında Azərbaycan
islahatları həyata
keçirən ən
yaxşı 20 ölkə
arasında yer alır.
Davos Dünya İqtisadi Forumunun hesabatında isə uzunmüddətli hökumət
strategiyası baxımından
Azərbaycan 10-cu, islahatlara diqqət baxımından 5-ci yerdədir.
Bütün bunlar
isə Prezident İlham
Əliyevin uğurlu və uzaqgörən
siyasətinin nəticəsidir”.
Azərbaycan.-
2020.- 9 yanvar.- S.2.