2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 6 yanvar 2020-ci il tarixli 9 saylı müraciətə
baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar №
6/36
2020-ci il fevralın 9-na təyin
edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə 44 saylı
Sumqayıt-Xızı seçki dairəsindən
deputatlığa namizədliyi öz təşəbbüsü
ilə irəli sürülmüş Məmmədov Taleh Sakit
oğlu 6 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) teleqramla müraciət edərək
deputatlığa namizədliyinin qeydə alınmasından
imtinaya dair 44 saylı Sumqayıt-Xızı seçki dairəsi
dairə seçki komissiyasının (dairə seçki
komissiyası) 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarını
mübahisələndirmiş, qərarın ləğv edilərək
namizədliyinin qeydə alınmasını xahiş
etmişdir.
Şikayət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”a
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert qrupunun üzvü tərəfindən
icraata qəbul edilmiş, araşdırılaraq bu barədə
müvafiq rəy verilmiş və komissiyanın iclasında
baxılmışdır.
Araşdırma ilə əlaqədar
ərizəçi ilə əlaqə saxlanılmış,
araşdırma və iclasda iştirak etmək, həmçinin
digər hüquqlarının olması izah edilmiş, onun
iclasda iştirakı təmin olunmuşdur.
T.S.Məmmədovun müraciəti ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər tələb edilərək alınıb araşdırılmışdır. Müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizədliyin qeydə alınmasından imtina edilməsi barədə 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarını onunla əsaslandırmışdır ki, T.S.Məmmədov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş 500 imzadan 114 imza, o cümlədən 70 imza oxşarlığa görə işçi qrupu üzvünün rəyi əsasında etibarsız hesab edildiyindən və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan imzalar Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədliyin qeydə alınması üçün kifayət etmədiyindən Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.
Araşdırma prosesində T.S.Məmmədov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmiş və imza vərəqələrindəki imzalarla bağlı məlumatların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun 7 yanvar 2020-ci il tarixli protokoluna əsasən yoxlanılmış 500 imzadan 16 imza etibarsız, 484 imza isə etibarlı hesab edilmişdir. Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən etibarlı hesab edilən imzaların sayı T.S.Məmmədovun namizədliyinin qeydə alınması üçün hüquqi əsas yaratmışdır.
Beləliklə namizəd T.S.Məmmədovun müraciətinin təmin edilməsi, dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilərək namizədliyin qeydə alınması üçün hüquqi əsasların mövcud olması müəyyən edilmişdir.
Göstərilənlərə əsasən şikayət təmin olunmalı, dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarı ləğv olunmalı və həmin seçki dairəsindən T.S.Məmmədovun namizədliyi qeydə alınmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 147.1-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 44 saylı Sumqayıt - Xızı seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Taleh Sakit oğlunun 6 yanvar 2020-ci il tarixli 9 saylı müraciəti təmin edilsin, dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarı ləğv edilsin.
2. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Taleh Sakit oğlunun 44 saylı Sumqayıt - Xızı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
08.01.2020-ci il
Azərbaycan.-
2020.- 9 yanvar.- S.7.