2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 8 yanvar 2020-ci il tarixli 69 saylı
müraciətə baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹
6/38
2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
55 saylı Xaçmaz şəhər seçki dairəsindən
Yergüc bələdiyyəsi üzrə qeydə
alınmış namizəd Rüstəmov Qaflan İslam
oğlunun Yergüc bələdiyyəsinə seçkilərdə
məntəqə seçki komissiyalarında baş verməsi
iddia edilən pozuntular barədə 25 dekabr 2019-cu ildə
poçt xidmətinə təqdim etdiyi və 8 yanvar 2020-ci ildə
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi Seçki Komissiyası) daxil
olmuş müraciətində həmin bələdiyyəni əhatə
edən 4 seçki məntəqəsində qanun
pozuntularının olduğunu iddia etmiş və qanuna
müvafiq tədbirlərin görülməsini xahiş
etmişdir.
Müraciət Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən ilkin olaraq nəzərdən
keçirilərkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”a əsasən aidiyyət qaydalarının
pozulması ilə daxil olduğu müəyyən edilmiş,
bu barədə müvafiq rəy verilmiş və
komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə
görə səsvermə günü seçki məntəqələrində
iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər
ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin
müraciət üzrə dairə seçki
komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən
(hərəkətsizlikdən) Mərkəzi Seçki
Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin
112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət
qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin
müraciətin aidiyyəti üzrə göndərilməsinə
dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri
əsas götürərək Mərkəzi Seçki
Komissiyası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın 1,
2, 4, 6, 7 və 8-ci hissələrinə əsasən qərara
alır:
1. 55 saylı Xaçmaz şəhər
seçki dairəsindən Yergüc bələdiyyəsi
üzrə qeydə alınmış namizəd Rüstəmov
Qaflan İslam oğlunun Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 8 yanvar 2020-ci il tarixli 69 saylı
müraciəti araşdırılması üçün
aidiyyəti üzrə həmin seçki dairəsinin dairə
seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
08.01.2020-ci il
Azərbaycan.-
2020.- 9 yanvar.- S.7.