Bəzi dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar №
6/40
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və
30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Sadiq Rəcəb oğlu Rəcəbov
90 saylı Ağdaş, Samir Ramiq oğlu Əliyev 116 saylı
Qəbələ seçki dairəsi dairə seçki
komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən
vaxtından əvvəl azad edilsin.
2. Vüsal Ramiz oğlu Davudov 116
saylı Qəbələ seçki dairəsi dairə
seçki komissiyasının həlledici səs hüquqlu
üzvü təyin edilsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
08.01.2020-ci il
Azərbaycan.- 2020.- 9 yanvar.-
S.7.