Hikmət Hacıyev: Azərbaycan
ilə Fransa arasında əməkdaşlıq
müxtəlif istiqamətlərdə
inkişaf edir
Azərbaycan və Fransa arasında tərəfdaşlıq
yüksək səviyyədədir. Bu tərəfdaşlıq dostluq
münasibətlərinə əsaslanır və ölkələrimiz arasında
əməkdaşlıq müxtəlif
istiqamətlərdə inkişaf
edir.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev Fransaya səfəri zamanı AZƏRTAC-a müsahibəsində
deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan-Fransa əlaqələrindən danışanda,
ilk növbədə, Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələrin inkişafında əldə
olunmuş nailiyyətlər
qeyd edilməlidir. İki ölkə
arasında münasibətlərin
inkişafında Birinci
vitse-prezident Mehriban Əliyevanın da böyük xidmətləri
var. Görülən işlər
nəticəsində dostluq
və tərəfdaşlıq
münasibətləri daha
da inkişaf edib.
Prezidentin köməkçisi Fransaya
səfəri çərçivəsində
Yelisey Sarayında, Xarici İşlər, Müdafiə, İqtisadiyyat
nazirliklərində və
digər dövlət
qurumlarında keçirdiyi
görüşlərdə səmərəli müzakirələr
aparıldığını bildirib. O əlavə edib
ki, Prezident İlham Əliyevin Parisdə Prezident Emmanuel Makron ilə görüşü, eləcə
də Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərləri zamanı
müəyyən olunmuş
məsələlər və
onlardan irəli gələn tapşırıqların
müzakirəsi baxımından
bu qəbildən olan dialoqun davam
etdirilməsi çox
vacibdir.
Hikmət Hacıyev Fransaya səfəri çərçivəsində
fransız jurnalistlər,
vətəndaş cəmiyyətinin
nümayəndələri və
elmi tədqiqat mərkəzlərinin rəhbərləri
ilə də görüşlər keçirdiyini
qeyd edib. O, görüşlərdə
Azərbaycanda dövlətimizin
başçısının rəhbərliyi ilə aparılan hərtərəfli
islahatlar, həmçinin
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
barədə də məlumat verildiyini vurğulayıb. Prezidentin köməkçisi deyib ki, Azərbaycanda
və qonşu regionlarda cərəyan edən proseslər Avropada da çox
ciddi şəkildə
izlənilir. Belə məsələlərlə
bağlı tərəf
müqabillərimizin məlumatlandırılması,
onlarla müzakirələr
aparılması çox
önəmlidir.
Azərbaycan.- 2020.- 10 yanvar.- S.4.