2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 9 yanvar 2020-ci il tarixli 70 saylı
müraciətə baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 7/45
2019-cu il dekabrın 23-də keçirilmiş
bələdiyyə seçkilərində
Yevlax rayonunun Yuxarı Qarxun kənd sakini İbrahimov Elman Möhübbət
oğlu 9 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(Mərkəzi Seçki
Komissiyası) teleqramla
müraciət edərək
48 saylı Yevlax seçki dairəsi üzrə Yuxarı Qarxun bələdiyyəsinə
keçirilən seçkilərin
saxtalaşdırılmasını iddia etmiş, bununla bağlı müvafiq tədbirlərin
görülməsini xahiş
etmişdir.
Müraciət Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(Seçki Məcəlləsinin)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilərək
rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən
müəyyən olunmuşdur
ki, şikayət seçki qanunvericiliyində
nəzərdə tutulmuş
müddət ötürülməklə
verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə
və yuxarıda göstərilən Təlimatın
4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların
seçki hüquqlarını
pozan qərar və hərəkətlərdən
(hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı,
hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən
başlayaraq 3 gün müddətində şikayət
edə bilər.
Yuxarıda göstərilənləri
əsas götürərək
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci,
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4.1.2-ci yarımbəndinə
əsasən qərara
alır:
1. 2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə
seçkilərində Yevlax
rayonun Yuxarı Qarxun kənd sakini İbrahimov Elman Möhübbət oğlunun
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 9 yanvar 2020-ci il tarixli 70 saylı
müraciəti qanunvericiliklə
müəyyən olunmuş
şikayətvermə müddəti
ötürülməklə verildiyindən ərizəçiyə
geri göndərilsin.
2. Bu Qərar
dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
09.01.2020-ci il
Azərbaycan.- 2020.- 10 yanvar.-
S.5.