Pakistanın mətbuatında Azərbaycanda keçiriləcək
parlament seçkiləri ilə
bağlı məqalə dərc olunub
Pakistanda nəşr
edilən "National Herald Tribune”, "The
Every Day” qəzetlərində və bu mətbu
orqanların internet səhifələrində
Azərbaycanda keçiriləcək
parlament seçkiləri
ilə əlaqədar
"Kütləvi islahatlar
üçün strateji
istiqamət” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər
verir ki, məqalədə Azərbaycanda
aparılan sosial-iqtisadi,
siyasi və inzibati islahatlar çərçivəsində ötən il
parlamentin buraxıldığı
qeyd edilib.
Müəllif Azərbaycanın
dünyada ən qədim demokratik dövlətlərdən biri
olduğunu, Azərbaycan
Xalq Cümhuriyyətinin
(AXC) müstəqilliyini elan
etdikdən sonra qadınların, milli azlıqların və etnik qrupların səsvermə hüququnu təmin etdiyini, müsəlman dünyasında
ilk demokratik respublikanın
məhz ölkəmizdə
qurulduğunu diqqətə
çatdırıb.
Yazıda Azərbaycanın bütün müasir demokratik institutlara malik olduğu, son illərdə ölkəmizdə iqtisadi və siyasi islahatların geniş vüsət aldığı qeyd edilib. Vurğulanıb ki, aparılan islahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yüksək iqtisadi göstəricilərin əldə edilməsinə, iqtisadi sərbəstliyə və regional əlaqələrin inkişafına gətirib çıxarıb.
Müəllif, həmçinin Azərbaycanda aparılan kadr islahatlarına, o cümlədən gəncləşmə siyasətinə toxunub, gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı fürsət yarandığını, aparılan islahatların fevralın 9-da keçiriləcək parlament seçkilərində gənclərin yeni ideya və mexanizmlərlə iştirak etməsinə stimul verəcəyini vurğulayıb.
Yazıda qeyd olunur ki, keçiriləcək parlament seçkiləri Konstitusiya və Seçki Məcəlləsi ilə beynəlxalq standartlara uyğun olaraq tənzimlənir. Mərkəzi Seçki Komissiyası və onun tabeliyindəki qurumlar vəzifə və funksiyalarında tamamilə azad, müstəqil və qərəzsizdir. Hər bir namizədin və siyasi partiyanın ölkədə ümumi şəffaflığı, azad və ədalətli seçkiləri dəstəkləyən bərabərlik və ədalət hüququ vardır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=3&dt=08-01-2020.
Azərbaycan.- 2020.- 11 yanvar.- S.4.