Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al
Səidə
Əlahəzrət,
Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 11 yanvar 2020-ci il.
Azərbaycan.- 2020.- 12 yanvar.- S.1.