2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 10 yanvar 2020-ci il tarixli 77 saylı
müraciətə baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR ¹
8/50
2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
80 saylı İmişli - Beyləqan seçki dairəsindən
Qaralılar bələdiyyəsi üzrə qeydə
alınmış namizəd Ağayev Akif Kamil oğlu və
digərləri 10 yanvar 2020-ci ildə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) ərizə ilə müraciət edərək
həmin seçki dairəsi üzrə 36 saylı seçki
məntəqəsində qanun pozuntularına yol verildiyini iddia
etmiş və bununla bağlı müvafiq tədbirlərin
görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilərək rəy verilmiş və komissiyanın
iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən olunmuşdur ki,
şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət ötürülməklə
verilmiş və bu səbəbdən də ekspert qrupunun
üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın
4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri
vətəndaşların seçki hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın dərc edildiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri
əsas götürərək Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
80 saylı İmişli-Beyləqan seçki dairəsindən
Qaralılar bələdiyyəsi üzrə qeydə
alınmış namizəd Ağayev Akif Kamil oğlu və
digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil
olmuş 10 yanvar 2020-ci il tarixli 77 saylı müraciəti
qanunvericiliklə müəyyən olunmuş şikayətvermə
müddəti ötürülməklə verildiyindən
şikayətçilərə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
11.01.2020-ci il
Azərbaycan.-
2020.- 12 yanvar.- S.4.