2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 10 yanvar 2020-ci il tarixli 75 saylı
müraciətə baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR ¹
8/51
2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
64 saylı Sabirabad ikinci seçki dairəsindən Azadkənd
bələdiyyəsinə seçkilərdə Azadkənd kənd
sakini Bəşirov Vüqar Salamat oğlu və digərləri
10 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) məktubla müraciət edərək səsvermə
günü həmin seçki dairəsinin 4, 17, 18, 19 və 20
saylı seçki məntəqələrində qanun
pozuntularına yol verildiyini iddia etmiş və bununla
bağlı müvafiq tədbir görülməsini xahiş
etmişlər.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilərək rəy verilmiş və
komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən olunmuşdur ki, o,
seçki qanunvericiliyində nəzərdə tutulmuş
müddət ötürülməklə verilmiş və bu
səbəbdən də ekspert qrupunun üzvü müraciətin
ərizəçilərə geri göndərilməsi barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın
4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri
vətəndaşların seçki hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın dərc edildiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri
əsas götürərək Mərkəzi Seçki
Komissiyası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
64 saylı Sabirabad ikinci seçki dairəsindən Azadkənd
bələdiyyəsinə seçkilərdə Azadkənd kənd
sakini Bəşirov Vüqar Salamat oğlu və digərlərinin
Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 yanvar 2020-ci
il tarixli 75 saylı müraciəti qanunvericiliklə müəyyən
olunmuş şikayətvermə müddəti
ötürülməklə verildiyindən ərizəçilərə
geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
11.01.2020-ci il
Azərbaycan.-
2020.- 12 yanvar.- S.4.