2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 10 yanvar 2020-ci il tarixli 72 saylı
müraciətə baxılmasına dair
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR №
8/53
2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
107 saylı Qazax seçki dairəsindən Birinci
Şıxlı bələdiyyəsi üzrə qeydə
alınmış namizəd Məmmədov Telman Nizaməddin
oğlu 10 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) ərizə ilə müraciət edərək
həmin seçki dairəsi üzrə 25 və 26 saylı
seçki məntəqələrində qanun pozuntularına
yol verildiyini və 107 saylı Qazax seçki dairəsi dairə
seçki komissiyasının (dairə seçki
komissiyası) 26 dekabr 2019-cu il tarixli 51/120 saylı və 28
dekabr 2019-cu il tarixli 51/125 saylı qərarlarının ləğv
olunmasını iddia etmiş və bununla bağlı
müvafiq tədbirlərin görülməsini xahiş
etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin)
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilərək rəy verilmiş və komissiyanın
iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən olunmuşdur ki,
şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət ötürülməklə
verilmiş və bu səbəbdən də ekspert qrupunun
üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın
4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri
vətəndaşların seçki hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın dərc edildiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu
haqda məlumat aldığı gündən başlayaraq 3
gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri
əsas götürərək Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2019-cu il dekabrın 23-də
keçirilmiş bələdiyyə seçkilərində
107 saylı Qazax seçki dairəsindən Birinci
Şıxlı bələdiyyəsi üzrə qeydə
alınmış namizəd Məmmədov Telman Nizaməddin
oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş
10 yanvar 2020-ci il tarixli 72 saylı müraciəti qanunvericiliklə
müəyyən olunmuş şikayətvermə müddəti
ötürülməklə verildiyindən şikayət
etmiş şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib Mikayıl Rəhimov
11.01.2020-ci il
Azərbaycan.-
2020.- 12 yanvar.- S.4.