Avstriya Respublikasının
Federal Kansleri Zati-aliləri
cənab Sebastian Kurtsa
Hörmətli cənab
Federal Kansler,
Avstriya Respublikasının Federal Kansleri
kimi fəaliyyətə
başlamağınız münasibətilə
Sizi ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli
və çoxtərəfli
qaydada əməkdaşlığımız
xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da
inkişaf edəcək
və möhkəmlənəcəkdir.
Sizə cansağlığı, xoşbəxtlik,
məsul fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 yanvar 2020-ci il.
Azərbaycan.- 2020.- 14 yanvar.-
S.5.