Heydər Əliyev yoluna sədaqətin bariz təzahürü

 

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaqya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür.

Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Bütün bunların başlıca səbəbi Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsidir. Vasif Talıbov Azərbaycanda müstəqil dövlətçiliyin qurulması, respublikanın ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi dövlətin bərqərar olması kimi ali məqsədlər naminə Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuşmüdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən siyasi kursun reallaşmasında fəal iştirak etmişdir. Cənab Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Habelə, onun apardığı məqsədyönlü sayəsində qonşu xarici dövlətlərlə - Türkiyə Cümhuriyyəti və İran islam Respublikası ilə normal münasibətlər inkişaf etdirilmiş, çoxsaylı müqavilələr imzalanmışdır. Belə münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək göstərmişdir.

Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Qeyd edək ki, islam mədəniyyətinin paytaxtı və ölkəmizin Gənclər paytaxtı kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadisosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2019-cu il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.

İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən başlıcası ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 839 milyon manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,5 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artaraq 6202 manatı ötüb.

Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2019-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutubmaddi istehsalın payı 58 faiz təşkil edib.

Muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslubda lakin milliyerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilərək vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir kommunikasiya, o cümlədən, yüksək sürətli internetlə tam təmin olunub.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən şəhərlərə köçməyin kütləvi hal almasıdır. Naxçıvanda isə belə bir problem yoxdur. Kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə, kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, ölkəmizdəki ən keyfiyyətli yolların çəkilməsi, qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib. Məlumat üçün bildirək ki, bu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Məhz görülən məqsədyönlü işlərin nəticəsidir ki, ötən il 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, bunun da xeyli hissəsi ixrac edilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq və təhlükəsizlik mülahizələri rəhbər tutularaq muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə qurulmuşdur. Bu baxımdan, kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl öz kaloriliyinə görə insanın ərzaq balansı rasionunun yarısını təşkil edir. Bu sahənin inkişafına qayğı, diqqət göstərmədən bir çox sahələrin inkişafı mümkün deyil. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 33 min 308 hektar sahədən 102 min tondan artıq məhsul götürülüb.

Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər muxtar respublikanın istehsal sahələrinin genişlənməsinə və iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olmuşdur. Cari ilin ötən dövründə sahibkarlara 24 milyon 546 min manat kredit verilmiş, 72 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır ki, bunun da nəticəsində hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada bütün nəqliyyat və logistika sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Belə ki, ötən il ərzində muxtar respublikada 93,9 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 3 körpünün tikintisi, 3 körpünün isə əsaslı təmiri başa çatdırılmış, 97 min metr fiber-obtik, 143 min metr rabitə xətləri çəkilmişdir.

Muxtar respublikanın iqtisadi inkişafında əsas prioritetlərdən birixarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlər, xüsusilə ixracın stimullaşdırılması, istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. 2019-cu ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86,0 faizi, yaxud 425 milyon 539 min ABŞ dolları ixracın payına düşmüş, müsbət saldo yaranmışdır.

Sevindirici haldır ki, əhali arasında hüquq maarifiprofilaktik tədbirlərin gücləndirilməsi nəticəsində cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məşkunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı artaraq 460 min nəfərə yaxın olmuşdur.

Bütün bu amillər heç şübhəsiz turizm sahəsinin inkişafına da ciddi təkan vermişdir. Turizmin inkişafı sahəsində görülən işlərin və yaradılan şəraitin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlmişdir. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı "Vanderlast” isə Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu və dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən "Caspian European Club” 2017-ci ildə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlib.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası ilə quru sərhədləri mövcud deyil. Cənubdan xarici dövlətlərlə, yerdə qalan istiqamətlərdə isə Azərbaycan torpaqlarını işğal etmiş düşmən Ermənistan Respublikası ilə həmsərhəddir. Bu faktor Naxçıvan üçün təhlükəsizlik probleminin strateji baxımdan nə dərəcədə əhəmiyyətli olduğunu müəyyən edir. Ona görə də Naxçıvanda daim silahlı qüvvələrə diqqət və qayğı ən yüksək səviyyədə həyata keçirilmişdir. Ordunun maddi-texniki təchizatı müasir dünya standartlarına uyğun təşkil olunmuş, mütəmadi keçirilən hərbi təlimlər nəticəsində daim hərbə hazır vəziyyətə gətirilmişdir. 2013-cü ildə Naxçıvanda yerləşən hərbi hissələrin əsasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaradılması burada dislokasiya olunmuş silahlı qüvvələrin döyüş qabiliyyətini daha da artırmışdır. Belə ki, təkcə 2018-ci ildə keçirilmiş Günnüt əməliyyatı nəticəsində 11 min hektardan artıq ərazi düşməndən təmizlənmiş, Ermənistanın strateji kommunikasiyaları ordumuzun nəzarətinə keçmişdir. Ümumiyyətlə, Naxçıvanda güclü silahlı qüvvələrin mövcudluğu daim İrəvanı təhdid altında saxlayaraq bütövlükdə ölkəmizin strateji təhlükəsizliyinə mühüm töhfə verməkdədir.

Göründüyü kimi, 30 ilə yaxındır blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə deyib: "...Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

Yuxarıda sadalananlar Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunmasının göstəriciləri, böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir. Bu isə muxtar respublikanın şəhər və kəndlərinin simasını köklü şəkildə dəyişdirir. Hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Bütün bu nailiyyətlərin əldə edilməsində hələ təhsil aldığı və əmək fəaliyyətinə başladığı dövrlərdən doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı, Prezidentimiz İlham Əliyevə sadiq və bacarıqlı dövlət xadimi kimi cənab Vasif Talıbovun misilsiz xidmətləri var. Öz mənalı ömrünün 60-cı ilinə qədəm qoyan Vasif müəllimə bundan sonra da vətənimiz, dövlətçiliyimiz, xalqımız və qədim Azərbaycan torpağı Naxçıvanımızın çiçəklənməsi naminə göstərdiyi xidmətlərinə görə daha böyük müvəffəqiyyətlər arzulayır, şəxsi və ictimai-siyasi fəaliyyətində yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı diləyirik.

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin İctimai birliklər və dini qurumlar

komitəsinin sədri, YAP İcra katibinin müavini

 

Azərbaycan.- 2020.-14 yanvar.- S.7.