2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının məşvərətçi
səs hüquqlu üzvünün
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
QƏRARI
QƏRAR № 9/58
2020-ci il fevralın 9-na təyin
edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə Yeni Azərbaycan
Partiyası tərəfindən Rəhimzadə Vüqar Gəncəli
oğlu Mərkəzi Seçki Komissiyasına məşvərətçi
səs hüquqlu üzv təyin edilmiş və onun
üzvlüyünün təsdiq edilməsi üçün
müvafiq sənədlər Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, V.G.Rəhimzadənin məşvərətçi
səs hüquqlu üzv kimi təsdiq edilməsi
üçün hüquqi əsasların olmasını
müəyyən etmişdir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 148.6-cı maddəsinə
görə birmandatlı seçki dairələrinin 60-dan
çoxunda namizədləri qeydə alınmış siyasi
partiyalar hər bir seçki komissiyasının tərkibinə
bir məşvərətçi səs hüquqlu üzv təyin
edə bilərlər.
Yuxarıda qeyd edilənləri əsas
götürərək, Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 21.1-ci, 21.3-cü, 28.2-ci, 28.4-cü və
148.6-cı maddələrinə əsasən qərara
alır:
1. 2020-ci il fevralın 9-na təyin
edilmiş Milli Məclisə seçkilərdə Rəhimzadə
Vüqar Gəncəli oğlu Mərkəzi Seçki
Komissiyasında Yeni Azərbaycan Partiyasının məşvərətçi
səs hüquqlu üzvü kimi təsdiq edilsin.
2. Bu Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12.01.2020-ci il
Azərbaycan.-
2020.-14 yanvar.- S.7.