2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vəhdət
Partiyasının səlahiyyətli nümayəndəsinin
qeydiyyatının ləğv edilməsi haqqında
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
QƏRAR № 9/59
2020-ci il fevralın 9-na təyin
edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
(Milli Məclis) seçkilərdə Vəhdət Partiyası
2020-ci il yanvarın 11-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) müraciət edərək Komissiyanın 20
dekabr 2019-cu il tarixli 19/89 saylı qərarı ilə
partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə
alınmış Fəxrəddin Zayıdağa oğlu Kərimlinin
qeydiyyatının ləğv olununmasını xahiş
etmişdir.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müraciətə
baxaraq müəyyən etmişdir ki, Vəhdət
Partiyasının səlahiyyətli nümayəndəsi F.Z.Kərimlinin
qeydiyyatı ləğv olunmalı və "Azərbaycan
Respublikasında keçirilən seçkilərdə
(referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar
bloklarının və referendum üzrə təşviqat
qruplarının səlahiyyətli nümayəndələrinin
statusu haqqında Təlimat”ın 3.3-cü bəndinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən
ona verimiş lövhəcik etibarsız hesab edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas
götürərək Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 22-ci, 28.2-ci, 28.4-cü və 52.5-ci maddələrinə
və qeyd edilən Təlimatın 3.3-cü bəndinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin
edilmiş Milli Məclisə seçkilərdə Vəhdət
Partiyasının səlahiyyətli nümayəndəsi Fəxrəddin
Zayıdağa oğlu Kərimlinin qeydiyyatı ləğv
olunsun və Mərkəzi Seçki Komissiyası tərəfindən
ona verimiş lövhəcik etibarsız hesab edilsin.
2. Bu Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə
Muxtarova
Katib
Mikayıl Rəhimov
12.01.2020-ci il
Azərbaycan.-
2020.-14 yanvar.- S.7.