Akademik Yaqub Mahmudov Beynəlxalq Atatürk Mükafatına layiq görülüb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2019-cu il 20 dekabr tarixli qərarı ilə Beynəlxalq Atatürk Mükafatına layiq görülüb.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, Yaqub Mahmudova bu mükafat türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə verilib.

Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi katibi İradə Əliyeva akademiyanın Beynəlxalq Mükafat Komitəsinin qərarını səsləndirib. O, mükafatın diplomu, döş nişanı və üzərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkli olan xatirə plaketini akademikə təqdim edib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilibtürk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın "Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.

 

Azərbaycan.- 2020.- 16 yanvar.- S.3.