2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan
Ümid Partiyasının səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR № 10/63
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
Azərbaycan Ümid Partiyası Ali Məclisinin
2019-cu il 7 dekabr tarixli sessiyasının qərarı ilə səlahiyyətli nümayəndələr
təyin olunmuş və həmin şəxslərin qeydə
alınması üçün
müvafiq sənədlər
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün hüquqi
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi
Seçki Komissiyası
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və
52-ci maddələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə aşağıdakı
şəxslər Azərbaycan
Ümid Partiyasının
səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
Vahid Ağamalı oğlu Kərimov
Elşad Salman oğlu Rzayev
Taqət Məmməd oğlu Məmmədov
Vüqar Zahid oğlu Məhərrəmov
Xurmənaz Yaqub qızı Eyvazova
Əvəz Məhət oğlu Hüseynov
Tofiq Ziyəddin oğlu Əliyev
Məhəbbət Sərdar oğlu Orucov
Xanlar Nüsrət oğlu Abbasov
Namiq Zakir oğlu Əliyev
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.01.2020-ci il
Azərbaycan.- 2020.- 16 yanvar.-
S.6.