Azərbaycan sabitlik məkanı kimi inkişaf edir
Bu gün
planetin siyasi-iqtisadi mənzərəsi təzadlarla
doludur. Təsadüfi deyil ki, tarixə
çevrilən 2019-cu il dünyanın hər bir ölkəsində
müxtəlif şəkildə
yadda qaldı. Təəssüf ki, heç bir müharibə və münaqişə ocağında
ötən il
sülhə nail olunmadı.
Ona görə bəzi ölkələr müharibələrin
fəsadından, bəziləri
isə siyasi dartışmalardan əziyyət
çəkdi. Bəziləri
də iqtisadi-sosial tənəzzül burulğanında
ili başa
vurdular.
2019-cu il ölkəmiz
üçün uğurlu
il olmuşdur
Ötən ili xoş ovqatlarla başa vuran dövlətlər də oldu. İl ərzində
ümumi daxili məhsul istehsalını
artıran, mühüm
makroiqtisadi göstəricilər
əldə edən, vətəndaşının rifahını
yüksəldən dövlətlər
seçildilər. Belə
dövlətlər arasında
Azərbaycanın öz
yeri var. Çünki
2019-cu il Azərbaycanın inkişafında
növbəti uğurlu
mərhələ kimi
tarixə düşdü.
Belə ki, mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında
inkişaf və makroiqtisadi sabitlik davam etdi. Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbələrindən
birinə çevrilməsi
istiqamətində keçirilən
islahatlar yeni nəticələr verdi, investisiya fəallığı yüksək
səviyyədə qaldı.
Bu baxımdan əvvəlki
illərdə olduğu
kimi, ötən il respublikamızda
sosial-iqtisadi inkişafın
davamlı olması, əhalinin rifah halının daha da yaxşılaşdırılması,
ölkənin beynəlxalq
nüfuzunun əhəmiyyətli
dərəcədə yüksəldilməsi,
milli və dövlətçilik maraqlarının
təmin olunması baxımından mühüm
mərhələ oldu.
2019-cu ilin yekunlarına
həsr olunmuş müşavirədə Prezident
İlham Əliyev ötən ilin ölkəmiz üçün
uğurlu olduğunu, siyasi, iqtisadi, sosial sahələrdə yüksək nailiyyətlər
əldə edildiyini bildirdi: "Deyə bilərəm ki, bütövlükdə 2019-cu il
ölkəmiz üçün
uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz
bütün vəzifələr
uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı
təmin olundu. Beləliklə, həm siyasi,
həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir.
Azərbaycan sabitlik şəraitində
yaşamışdır. Sabitlik hər bir ölkənin
inkişafı üçün
əsas şərtdir”.
Bəli, müharibələrin, münaqişələrin,
böhranların səngimədiyi
müasir dünyamızda
öz yolu ilə inamla addımlamaq, inkişaf etmək və uğur qazanmaq hər ölkəyə nəsib olmur. Hər ötən
gün geosiyasi mübarizənin, ölkələrin
bir-birinin işinə
kobudcasına qarışmasının
və hərbi ritorikanın yüksəlməsi
ilə yadda qalır. Belə bir şəraitdə
Azərbaycanın inkişafı
dövlətimizin və
xalqımızın mühüm
nailiyyətidir. Artıq müstəqilliyinin
29-cu ilini yaşayan respublikamız sürətlə
inkişaf edir, qüdrətlənir və
beynəlxalq aləmin
nüfuzlu üzvü
kimi öz mövqeyi və siyasəti ilə fərqlənir. Bu uğurun əsas şərti isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sabitlikdir.
Sabitlik dövlətimizin,
xalqımızın ən
mühüm nailiyyətlərindən
biridir
Əldə etdiyimiz uğurların müxtəlif amillərlə
yanaşı, xüsusən
sabitliyin təmin edilməsi ilə bağlı olması özünü tarixi təcrübədə təsdiq
edən mühüm faktordur. Bu gün bir sıra ölkələrin
özünün ən
yüksək inkişaf
dövrünü yaşaması
məhz sabitliyin və qanunçuluğun sayəsində mümkün
olub. Lakin bizi bu günlərə gətirən
yollar heç də həmişə hamar olmayıb. Ən azından müstəqilliyimizin
ilk illərində hakimiyyətdə
olan qüvvələrin
başıpozuq fəaliyyətlərinin
nəticəsində Azərbaycanda
cinayətkarlığın və təhlükəsizliyə
təhdidlərin baş
alıb getməsi çoxunun yaddaşında
dərin iz buraxıb. Yalnız Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə ölkədə
sabitlik bərqərar
edildi, cinayətkarlığa,
ictimai-siyasi inkişaf
üçün təhlükə
doğuran zərərli
meyillərə, qanunsuz
silahlı birləşmələrə
qarşı uğurlu
və təxirəsalınmaz
tədbirlər həyata
keçirildi.
Son 16 ildə
ölkəyə rəhbərlik
edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi
olaraq ölkəmizdə
sabitlik və əmin-amanlıq daha da möhkəmlənib. Sabitlik adası
kimi tanınan Azərbaycan beynəlxalq birliyin ən firavan subyektlərindən
birinə çevrilib.
Bu gün
də regionumuzda və ətraf bölgələrdə xoşagəlməz
hadisələr baş
verməkdədir. Dünyanın bir sıra nöqtələrində, eləcə
də Yaxın Şərqdə gedən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir.
Bəzi güclər öz maraqları naminə onların daxilində vəziyyəti gərginləşdirir,
vətəndaş müharibəsinə,
qanlı aksiyalara səbəb olurlar. Yaxın Şərqdə qarşıdurmalar
səngimək bilmir, İraq və Suriyada terrorçular hələ də meydan sulayır. Bu ölkələrin hər biri dini
və etnik zəmində təhdidlərlə
qarşılaşıb. Onların xalqları, günahsız
insanlar çox ağır məhrumiyyətlərlə
üz-üzə qalaraq
humanitar fəlakətə
düçar olub.
Bütün bunlar bir daha bu reallığı
təsdiqləyir ki, hər bir cəmiyyətin
qarşısında duran
ən mühüm vəzifələrdən biri
məhz sabitliyin təmin edilməsidir.
Təsadüfi deyil ki, müşavirədəki
çıxışında İlham Əliyev ilk olaraq bu məsələyə
toxundu, Azərbaycanın
sabitlik məkanı kimi inkişaf etdiyini dedi: "Biz il ərzində müxtəlif yerlərdə
gərginliyin artmasını
görürdük. Qanlı toqquşmalar,
müharibələr, kütləvi
etiraz aksiyaları,
polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin
tapdalanması - bütün
bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə
olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın
Şərqdə, dünyada
gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir”.
Bir vacib məsələni də unutmalı deyilik ki, Azərbaycanda
bərqərar olunmuş
ictimai-siyasi sabitlik ölkəmizi sevməyən
bir sıra xarici dairələrin və onların öz içimizdəki əlaltılarının maraqlarını
təmin etmir. Ona görə
antiazərbaycançı adlandırdığımız
bu şəbəkənin
ayrı-ayrı elementləri
Azərbaycanda sabitliyin
pozulması üçün
daim müxtəlif ssenarilər hazırlayıb
və onu ayrı-ayrı vasitələrlə
həyata keçirməyə
cəhd edirlər.
Ancaq onların məkrləri güclü Azərbaycan dövlətçiliyinin, xalq-hakimiyyət
vəhdətinin qarşısında
həmişə puça
çıxıb, bütün
bəd niyyətləri
gözlərində qalıb.
Ölkədə təhlükəsizliyimizi təhdid edən planlara qarşı vaxtında uğurlu önləyici tədbirlər
həyata keçirilir.
İstənilən alçaq məqsədin
qarşısını almaq
üçün Azərbaycan
kifayət qədər
imkanlara və qabaqlayıcı tədbirlərə
malikdir.
Azərbaycanda təmin olunmuş sabitlik dövlətimizin, xalqımızın ən
mühüm nailiyyətlərindən
biridir. Sabitliklə yanaşı, Azərbaycanda
həm də sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu da öz növbəsində Azərbaycanın
daha da qüdrətlənməsinə
və inkişafına
xidmət edir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2020.- 18 yanvar.- S.1-2.