2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 15 yanvar
2020-ci il tarixli 21
saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR 11/73
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə
8 saylı Binəqədi
birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüş
Məmmədov Rzağa
İsmayıl oğlu
2020-ci il yanvarın
15-də Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi
Seçki Komissiyası)
yazılı müraciət
edərək namizəd
kimi qeydə alınmasından imtinaya dair 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə
seçki komissiyası)
14 yanvar 2020-ci il tarixli 9/5 saylı qərarını mübahisələndirmiş,
müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş
hüquqlarının bərpa
olunmasını xahiş
etmişdir.
Müraciət Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına
və dairə seçki komissiyalarına
seçki hüquqlarının
pozulması ilə əlaqədar şikayət
və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının
nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, araşdırılaraq
rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd R.İ.Məmmədov
müraciətində bildirmişdir
ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə
8 saylı Binəqədi
birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüş,
həmin seçki dairəsinin ərazisində
seçicilərin imzası
toplanaraq imza vərəqələri və
ona əlavə edilmiş digər seçki sənədləri
dairə seçki komissiyasına təqdim edilmiş, lakin mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı
təqdim etmədiyinə
görə dairə seçki komissiyasının
müvafiq qərarı
ilə onun namizəd kimi qeydə alınmasından
imtina edilmişdir.
Araşdırma prosesində ərizəçi
ilə əlaqə saxlanılmış, araşdırma
və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması
izah edilmiş, onun komissiyanın iclasında iştirakı
təmin olunmuşdur.
Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüş
R.İ.Məmmədovun namizəd
kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını mülkiyyət
hüququ əsasında
namizədə məxsus
daşınmaz əmlakının
göstərilməməsi ilə əsaslandırmışdır.
Araşdırma ilə əlaqədar namizəd R.İ.Məmmədov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 16 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışdan müəyyən edilir ki, namizəd R.İ.Məmmədovun əmlakı barədə təqdim etdiyi məlumatda göstərilməyən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması aşkar olunmuşdur.
Namizəd R.İ.Məmmədovun daşınmaz əmlakı barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina üçün hüquqi əsas yaratmışdır.
Göstərilənlərə əsasən şikayət təmin edilməməli, R.İ.Məmmədovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 9/5 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Rzağa İsmayıl oğlunun 15 yanvar 2020-ci il tarixli 21 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 9/5 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl
Rəhimov
17.01.2020-ci ll
Azərbaycan.- 2020.- 18 yanvar.-
S.5.