UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü
qeyd olunub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar
faciəsinin 30-cu ildönümü
qeyd olunub.
Tədbirdən öncə
rektor, professor Ədalət
Muradov, universitetin kollektivi və UNEC-in şəhid olan tələbə və məzunlarının ailə
üzvləri universitetin
əsas binasında şəhidlərin xatirəsinin
əbədiləşdirildiyi Memorial-Xatirə Kompleksini ziyarət ediblər, kompleksin önünə əklil qoyublar və gül dəstələri düzüblər.
Şəhid ailələri ilə görüşən rektor,
20 Yanvarın Ümumxalq
Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi
uğrunda mübarizə
aparan xalqımızın
tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd
edib. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin
xatirəsinin UNEC-də
daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayaraq,
onlarla qürur duyduğunu ifadə edib.
Abidənin ziyarətindən sonra tədbir bədii hissə ilə davam edib.
Şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra UNEC Yaradıcılıq
Mərkəzinin və
Tələbə teatrının
Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması
əsasında hazırladığı
tamaşa nümayiş
olunub. Poema və tarixi
faktlar əsasında qurulan tamaşada 20 Yanvar hadisələrinə
aparan siyasi durum, şəhidlərimizin qəhrəmanlığı
tələbələrin ifasında
xüsusi məharətlə
canlandırılıb. Muğam parçaları və tələbə xanəndənin
ifası ilə müşaiyət olunan tamaşa iştirakçılara
kövrək anlar yaşadıb.
Tədbir çərçıvəsində Texnologiya və dizayn fakültəsinin tələbələrinin 20 Yanvara
həsr olunan rəsm əsərləri
də nümayiş olunub.
Azərbaycan.- 2020.- 18 yanvar.- S.4.