Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

 

Gəncə Dövlət Universitetində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilmişdir.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra faciədən bəhs edən sənədli film nümayiş olunmuş, tələbələr "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı ədəbi-bədii kompozisiya göstərmişlər.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilənlərin arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olmuşdur. Bu isə bir daha sübut edir ki, ölkəmizin suverenliyi və bölünməzliyi uğrunda digər millətlərin nümayəndələri də Azərbaycan xalqı ilə həmrəy olmuşbirlik nümayiş etdirmişlər.

Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra isə bu hadisələrə tam siyasi-hüquqi qiymət verilmişdir.

Tədbirdə faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətləri də xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, həmin qanlı gecədə şəhid olmuş və zərər çəkmiş bütün insanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sərginin nümayişiolmuşdur.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S.4.