Təhsil Nazirliyində beynəlxalq olimpiadalarda uğur qazanmış məktəblilərlə görüş

 

Təhsil Nazirliyində beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil etmiş məktəblilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, ölkəmizdə bu sahəyə xüsusi əhəmiyyət verildiyini deyib.

Təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, beynəlxalq olimpiadalarda qazanılmış uğurlardan danışan nazir yüksəksəviyyəli, rəqabətli proqramların sayının artdığını diqqətə çatdırıb. C.Bayramov, eyni zamanda, təhsil müəssisələrində, xüsusilə universitetlərdəki əhəmiyyətli yeniliklərdən bəhs edib, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında və Qətərdə keçirilən Yeniyetmələrin Elm Olimpiadasında medallara layiq görülmüş məktəblilərimizi təbrik edib, onlara tövsiyələrini verib.

Görüşdə olimpiadalarda uğur əldə etmiş şagirdlərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyatinformatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyatinformatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul AbbasovŞuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıblar.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyatinformatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.

Qətərdə keçirilən Yeniyetmələrin Elm Olimpiadasında isə məktəblilərimiz 4-ü gümüş, 2-si bürünc olmaqla 6 medal qazanıblar.

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S.6.