Bu teatr ki var...
Teatr mədəni
elitanın göstəricisidir
Teatrı həyatın özünə bənzədirlər. O, tale toplumunun cəmiyyət göstəricisi kimi hər bir tamaşaçını düşündürür və faciədən komediya aləminə qədər həyat afişasını açır.
Sumqayıt Dövlət Dram Teatrı 70 yaşlı bir ömrün əllidən artıq ilini özündə cilalayır, mədəniyyət göstəricisi kimi mənəvi missiyanı yerinə yetirir.
Sumqayıt sənaye şəhəri statusunu daşıyır. Tikinti meydanında zavodlarla birlikdə mədəniyyət ocaqlarının yaradılması da nəzərdə tutulmuşdu. Onların içində mədəniyyət saraylarından biri də Sumqayıt Dövlət Dram Teatrının (həmin dövrdə o, H.Ərəblinskinin adını daşıyırdı) binasıdır.
Yarım əsrlik bir zaman kəsiyində şəhər sola və sağa genişlənsə də, yenə də həmin bina ərazi əhəmiyyətini itirməyib.
Teatrın səhnəsində ilk dəfə tamaşaya qoyulan "Müsyö Jordan və dərviş Məstəli şah” həmin dövrdə təkcə bir il ərzində 150 dəfədən çox oynanılmışdı. Eyni zamanda rusdilli əhalinin maraq dairəsini təmin etmək üçün də tamaşalar hazırlanardı.
Bu gün şəhərdəki yeniliklərdən biri də teatr binasına göstərilən qayğıdır. Üstündən xeyli zaman keçməsinə baxmayaraq bu binanın baxımsızlıq ucbatından görkəmi korlanırdı. Yəni Sumqayıt Dövlət Dram Teatrının binası istifadəyə verildiyi yarım əsrdən artıq zaman kəsiyində bir dəfə də olsun əsaslı təmir edilməmişdi. İstilik sistemi köhnəlmiş binada normal qaydada tamaşaların məşqini belə aparmaq mümkün deyildi.
Ölkə rəhbərinin tapşırığı ilə bu binada təmir işlərinə start verildi. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olundu. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırıldı.
Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib. Beləliklə, teatr binası tam şəkildə təmir edilərək sumqayıtlıların öhdəsinə verilib.
Son bir neçə ildə teatrın repertuarı da genişlənib. Dünya ədəbiyyatı
nümunələrindən, yerli yazarların əsərlərindən hazırlanan
maraqlı tamaşalar
qapıları bağlı
qalmış teatrı
bu gün tamaşaçı nəfəsi
ilə isidir. Bəzən həftə ərzində
hər gün tamaşaçılarını sevindirən kollektiv maraqlı əsərləri
canlandırmaqla tamaşaçı
rəğbətini qazanır.
A.Şaiqin "Qaraca qız”, M.F.Axundzadənin
"Müsyö Jordan və
dərviş Məstəli
şah”, Con Qolsuorsinin
"Birincilər və
sonuncular”, Hüseynbala
Mirələmovun "Vicdanın
hökmü”, C.Cabbarlının
"Solğun çiçəklər”,
ərəb xalq nağılı "Əlibaba
və qırx quldur”, C.Patrikin "Qarını öldürməliyik”
və digərləri
böyüklü-kiçikli sumqayıtlıların sevərək
izlədikləri tamaşalardır.
70 yaşlı şəhərimizə həsr
edilən Əli Əmirlinin "Sevgilim Sumqayıt” tamaşası
bu bayrama bir töhfədir. Sumqayıtın zəhmətkeş insanları, qurub-yaradan gənclik və talelər bu tamaşada geniş yer alıb. Keçən ilin əvvəlindən
başlayaraq kollektiv teatrın binasının qarşısında, parklarda,
təhsil müəssisələrində,
ictimaiyyətin sıx
toplaşdığı məkanlarda
tamaşalar göstərmişdir.
Kollektivin əməyini dövlətimiz
layiqincə qiymətləndirib. Belə
ki, Azərbaycan mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə
teatrın 1 əməkdaşına
"Azərbaycan Respublikasının
Xalq artisti”, 14 əməkdaşına "Azərbaycan
Respublikasının Əməkdar
artisti”, 3 nəfərə
"Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçisi” fəxri
adları verilmiş və 17 əməkdaş
"Tərəqqi” medalı
ilə təltif edilmişdir.
Teatr həm də mədəniyyət elitasıdır. Bu gün
sumqayıtlılar bayram
və istirahətlərini
möhtəşəm Sumqayıt
bulvarında, Nəsimi
adına parkda keçirirlər. Aktyorun qazancı isə alqışlardır.
Əminik ki, alqış sədaları
hələ çox səslənəcək və
teatr öz mədəniyyət missiyasını
şərəflə daşıyacaq.
Akif ƏLİYEV
Azərbaycan.- 2020.- 18 yanvar.- S.8.