Ölkəmizlə “Carlyle Group” arasında əməkdaşlığın
inkişafı üçün geniş imkanlar var
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə "Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.
Söhbət zamanı Azərbaycanda
əlverişli investisiya mühitinin
yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə
olunması sahəsində dünyanın aparıcı
şirkətlərindən biri olan "Carlyle Group” arasında əməkdaşlığın
inkişafı üçün geniş imkanların olduğu
vurğulandı.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 1.