Birinci vitse-prezident Mehriban
Əliyeva: 20 yanvar
1990-cı il Azərbaycanın
tarixinə ən faciəli günlərdən biri
kimi daxil olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: "20 yanvar
1990-cı il Azərbaycanın tarixinə ən
faciəli günlərdən biri kimi daxil olub.
30 il bundan əvvəl
xalqımızın qəhrəman oğul
və qızları azadlıq və Vətənimizin
istiqlaliyyəti uğrunda canlarından
keçərək şəhidlik zirvəsinə
ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar
faciəsinin günahsız qurbanlarının əziz xatirəsini
ehtiramla yad edir, bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirəm”.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 1.