Azərbaycan-Türkiyə əlaqələri
bütün sahələrdə genişlənir
Yanvarın
21-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Davosda Türkiyə Respublikasının Xarici
İşlər naziri Mövlud Çavuşoğlu ilə
görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulandı.
Söhbət zamanı Azərbaycan və
Türkiyə prezidentləri arasında yüksək səviyyəli
görüşlərin münasibətlərimizin möhkəmlənməsində
rolu qeyd edildi. Azərbaycanla Türkiyənin birgə həyata
keçirdiyi qlobal əhəmiyyətli
layihələrin önəmi vurğulandı.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 2.