Azərbaycanın
“Naxçıvan” və “Qoşadaş”
yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə
işlənilməsi barədə qərar qəbul olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın "Naxçıvan”, "Qoşadaş” yataqlarının "LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi.
Söhbət zamanı perspektiv
strukturlar və SOCAR-"LUKOIL” əməkdaşlığı
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 3.