Azərbaycan Prezidentinin köməkçisi
NATO-nun mənzil-qərargahında olub
Azərbaycan Prezidentinin köməkçisi
Hikmət Hacıyev yanvarın 20-də NATO-nun mənzil-qərargahında
olub.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən
AZƏRTAC-a bildiriblər ki,
Hikmət Hacıyev
NATO Baş katibinin müavini Mirça Coana ilə görüşüb və
müttəfiq dövlətlərin
29+1 formatında keçirilən
iclasında iştirak
edib. Görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və
qarşılıqlı maraq
doğuran digər məsələlər haqqında
fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan
islahatlar haqqında ətraflı məlumat verib.
NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq
proqramında aktiv iştirakını, alyansın
əməliyyatlarına töhfələrini,
qarşılıqlı operativ
uzlaşmanın artırılması
və islahatlar sahəsində əldə
etdiyi tərəqqini yüksək qiymətləndirib.
20 Yanvar faciəsinin
30-cu ildönümümə təsadüf edən görüş və iclasda Prezidentin köməkçisi Azərbaycan
tarixində mühüm
rol oynayan bu hadisələr haqqında da danışıb. NATO rəsmiləri
və üzv dövlətlərin təmsilçiləri
Azərbaycan xalqı ilə həmrəyliklərini
və şəhidlərin
xatirəsinə ehtiramlarını
ifadə ediblər.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 3.