Şəhidlərin xatirəsi abidələri önündə anıldı

 

Onlara ən böyük abidə əslində qəlbimizdə ucaldılıb. O ucalıqda 20 Yanvar şəhidlərinin hər biri olduqca möhtəşəmdir, əzəmətlidir...

Azərbaycan xalqı 1990-cı ilin yanvarında öz azadlığını və dövlət müstəqilliyini bərpa etmək üçün meydanlara çıxdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri yetmiş il sonra bir də qanlı əlini Azərbaycana uzatdı. Məqsəd yenə də bir xalqın azadlıq harayını susdurmaq idi. Bakının hər yerində olduğu kimi, şimal qapısında da aramsız güllə səsləri eşidildi. İndi "20 Yanvar dairəsi” adlanan həmin yer şəhid qanına boyandı.

O gecənin şəhidləri yeni bir nəslin azadlıq dastanını yazdılar. Sonradan imperiya qüvvələrinin törətdikləri cinayətləri ört-basdır etmək cəhdləri boşa çıxdı. Çünki o qanlı yanvar gecəsində baş verən hadisələri, qurban gedənləri Azərbaycan xalqı unudulmağa qoymadı. 20 Yanvar faciəsinə elə o matəm günlərindən başlayaraq neçə-neçə əsər həsr olundu. Şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, heykəltəraşlar bu güno tarixi hadisələrə yeni-yeni əsərlər ithaf edirlər.

20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş ən dəyərli əsərlərdən biri də 1990-cı ildə paytaxta hücum edən sovet qoşununun şəhərə daxil olduğu istiqamətdə - Bakının şimal qapısında ucaldılan "20 yanvar abidə kompleksidir.

Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıldı. Memar Ədalət Məmmədov, heykəltəraşlar Azad Əliyev Cavanşir Dadaşov xalqın mübarizlik ruhunun, yenilməzliyinin simvolu olan elementlərdən böyük məharətlə istifadə edərək möhtəşəm abidə-kompleks yaratdılar.

Bir vaxtlar bu ərazidə XI Qızıl ordunun şərəfinə qoyulmuş abidə var idi. 1990-cı ildə sovet ordusu Bakıda kütləvi qırğınlar törətdikdən sonra həmin abidə-kompleks götürüldü. Ərazinin yaxınlığında, Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi Müzəffər Həsənov küçələrinin kəsişməsində "20 yanvar abidə kompleksiucaldıldı. Memorial kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir.

Kompleksin divarı Afrika Ukraynadan gətirilmiş qranit plitə ilə üzləndi. Abidənin ətrafındakı meydana da qranit plitə döşəndi. Layihəyə əsasən abidənin arxa hissəsindəki park abadlaşdırıldı, kompleksin qarşısında müasir işıqlandırma sistemi quraşdırıldı. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə qoyuldu. Abidənin üzərində 20 yanvar qətliamında həlak olanların adı soyadı, eləcə Ulu Öndər Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdursözləri qızılı hərflərlə həkk olundu. Postamentdə "20 Yanvar şəhidlərinin əziz xatirəsinəsözləri yazıldı.

Azərbaycanın paytaxtında "20 Yanvar abidə-kompleksi”nin açılışı 20 yanvar 2010-cu ildə oldu. Açılış mərasimində Prezident İlham Əliyev iştirak etdi.

20 Yanvar faciəsindən otuz il ötür. Azərbaycan xalqı şəhidlərin qanı bahasına qazandığı azadlığını əzmlə, qürurla qoruyur, nəsildən-nəslə ötürür. Müstəqilliyimiz yolunda canını qurban verən şəhidlərin xatirəsi yaşayır yaşayacaq. "20 yanvar abidə kompleksi vətənsevərlərin ziyarət yerinə çevrilib. Bu abidə təkcə 20 Yanvar faciəsinin dərdini, fəryadını anlatmır, həm xalqımızın mərdliyini, soydaşlarımızın vətən sevgisinin ölməzliyini qranit lövhədə ifadə edir.

Hər il olduğu kimi, bu il Bakı Metropoliteninin "20 Yanvarstansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmədi. Ahıl da, gənc , uşaq da bu abidəni ziyarət etməyi özünə borc bildi. Abidənin yaxınlığında səslənən kədərli musiqi otuz illik ayrılığın ağrı-acısını əks etdirirdi. Əllərində tər çiçəklər tutmuş adamların baxışlarından həm qürur, mübarizlik boy verirdi.

Yasamal rayonunda fəaliyyət göstərən idarə müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 30-cu ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsinə öz ehtiramlarını ifadə etdilər.

Ziyarətə gələnlər arasında Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev 20 Yanvar dairəsində baş verənləri yada saldı: "1990-cı ilin yanvarında sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. O zaman igid Azərbaycan oğulları qızları küçələrdə hərbi texnikanın önünə əliyalın çıxmışdılar. Bu hadisələr zamanı qətlə yetirilənlərin çoxu məhz burada gülləyə tuş gəlib. Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığılmışdı. Tankların insanlara doğru hərəkət etdiyini gördük. Respublika xəstəxanasının yanından insanlara - uşaq, gənc, ahıl demədən, hamıya atəş açırdılar. Ölən yaralananların sayı çox idi. Bəşər tarixində belə bir faciə törədilməmişdi. 20 Yanvar günü insanlar qətl edilsələr , onların azadlıq səsini boğa bilmədilər”.

B.Şeydayev diqqətə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib SSRİ rəhbərliyinin törətdiyi bu cinayətin humanizmə zidd olduğunu bəyan edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında onun bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər böyük cəsarət göstərərək 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, "20 Yanvar Şəhidifəxri adını da təsis edib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə şəhid adının əbədiləşdirilməsi şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman sərəncamlar imzalanıb. Şəhid ailələrinin əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

B.Şeydayev hazırda dövlət tərəfindən şəhid ailələrinə, əlillərə diqqət qayğı, maddi, mənəvi dəstək göstərildiyini vurğulayıb. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət təqaüd alır, dövlət büdcəsi hesabına mənzil avtomobillərlə təmin edilirlər. Şəhid ailələrinin əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət başçısının imzaladığı fərmanlar göstərilən diqqət qayğının əyani təzahürüdür. B.Şeydayev bildirib: "Biz çalışırıq ki, övladlarımız vətənpərvər ruhda tərbiyə alsınlar. Torpaqlarımızı işğaldan azad etmək üçün bizdə vətənpərvərlik ruhu daim yüksək olmalıdır. İnanırıq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad olunacaq”.

Bu hadisələrin hər il xatırlanması kütləvi tədbirlərlə qeyd olunması bir daha göstərir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 5.