Sükut dəqiqəsi
Yanvarın 20-də Bakı
vaxtı ilə saat 12:00-da Azərbaycanın
bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla
yad olunub, gəmilərdən,
avtomobillərdən və qatarlardan səs
siqnalları verilib, hüzn
əlaməti olaraq dövlət
bayraqları endirilib.
AZƏRTAC
xəbər verir ki, Qanlı Yanvar faciəsinin otuzuncu
ildönümünün keçirilməsi ilə əlaqədar
tədbirlər planına uyğun olaraq, respublikanın
bütün şəhər və rayon, kənd və qəsəbələrində,
idarə və təşkilatlarında 20 Yanvar hadisələri
ilə bağlı anma mərasimləri keçirilir. Yüz minlərlə insan
yanvarın 20-də səhər saatlarından başlayaraq
Şəhidlər xiyabanını ziyarət edir,
qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə
qərənfillər düzürlər.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 5.