Bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 13/93
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Eldar Vladimiroviç Qəmbərov 33 saylı Xətai birinci, Günay İlqar qızı Musayeva 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Eldar Vladimiroviç Qəmbərov 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 7.