Azərbaycan Prezidenti İlham
Əliyevin İsveçrəyə işgüzar səfəri
İlham ƏLİYEV: “Azərbaycan
artıq OPEC üzvü kimi özünü göstərir”
Davosda Prezident İlham Əliyev ilə
OPEC-in baş katibi Məhəmməd Barkindonun
görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışını xatırladan Məhəmməd BARKİNDO dedi:
- Cənab Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü.
Prezident İlham
ƏLİYEV: Bəli, neftin qiyməti 30 dollar ətrafında idi.
Məhəmməd BARKİNDO: Biz ən pis vəziyyətin şahidi idik. Cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq.
Prezident İlham
ƏLİYEV: Tamamilə doğrudur.
Məhəmməd BARKİNDO: Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalmışdır.
Prezident İlham
ƏLİYEV: Xoş sözlərinizə
görə təşəkkür edirəm. Bunu
xatırladığınız üçün
sizə minnətdaram. Həmin gün burada - Davosda mənə bu məsələ ilə bağlı nə
etmək lazım olduğu barədə sual verildi və mən bu təklifi irəli sürdüm.
Bu təklifi ciddi nəzərə
aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox
nadir tərəfdaşlıq
formatını yaratdıq. Hesab edirəm ki, bu formata
malik olan, lakin təkcə format yox, eyni zamanda
qərarları səmərəli icra edən
başqa belə bir
beynəlxalq təşkilat yoxdur. Bəzən
hətta bir təşkilat daxilində
razılığa gəlmək mümkün
olmur. Lakin OPEC-ə üzv olan və üzv olmayan ölkələr,
böyük və kiçik
neft istehsalçıları birləşdilər.
Çünki bu, bizim ümumi məqsədimiz
idi. Lakin əlbəttə
ki, sizin rəhbərliyiniz
olmasaydı, bizim səylərimiz nəticəsiz
qalardı, çünki siz
təşkilatın rəhbəri olaraq nəinki
bütün prosesləri əlaqələndirdiniz,
həm də prosesə rəhbərlik etdiniz.
Düşünürəm və əminəm ki,
uğurun səbəblərindən biri də bütün
ölkələrin sizə böyük etimad göstərməsi idi.
Bu, çox mühüm amil idi. Beləliklə, bizdə bütün
mühüm elementlərin birləşməsi
var idi. Təşkilat
tərəfindən güclü rəhbərlik,
həmçinin təşkilata üzv
dövlətlərin və üzv olmayan dövlətlərin arasında çox ciddi əməkdaşlıq
var idi. Mən bilirəm,
hətta bəzi üzv ölkələr
arasında hasilatın müəyyən dərəcədə
azalmasına nail olmaq asan deyildi. Əlbəttə
ki, çox səmərəli
monitorinq prosesi, həmçinin
etimad məsələsi var
idi. Mən düşünürəm ki, bu prosesin
bütün üzvləri hazırda
sözlərinə əməl etməyə
çalışırlar. Çünki
etimadı qorumaq lazımdır. Həmçinin
mən OPEC+ formatında görüşlərin birinin Bakıda keçirilməsi ilə
bağlı təşəbbüsə görə sizə
minnətdarlığımı bildirmək istəyirəm. Mən
sizi dəvət etdim
və siz bu dəvəti
qəbul etdiniz. Biz əməkdaşlığımızın
gücləndirilməsini səbirsizliklə gözləyirik.
Azərbaycan artıq OPEC üzvü kimi özünü
göstərir. Əminəm ki, bu, belə də davam edəcək.
Azərbaycan.- 2020.- 23 yanvar.- S. 1.