İlham Əliyev “SUEZ” şirkətinin
Azərbaycanın aidiyyəti qurumları ilə faəliyyəti
barədə məlumatlıdır
Yanvarın
22-də Davosda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev "SUEZ Group”un yeni baş icraçı
direktoru Bertran Kamusla görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verdi.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim etdi.
Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, "SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.
Kimya məhsullarının
istehsalı, məişət tullantılarının
yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl
texnologiyaların tətbiqi istiqamətində "SUEZ” ilə
əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2020.- 23 yanvar.- S. 2.