Kənd təsərrüfatı
sahəsində, xüsusilə heyvandarlıq sahəsində
geniş əməkdaşlıq imkanları müzakirə
edilib
Yanvarın
22-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə
görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirildi, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edildi.
Söhbət zamanı hazırda monqolustanlı
tələbələrin Azərbaycanın universitetlərində
təhsil aldıqları da qeyd olundu.
Azərbaycan.- 2020.- 23 yanvar.- S. 3.