Seçki mübahisələrinin məhkəmə
qaydasında həlli mövzusunda layihəyə
start verilib
Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi
fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək
səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün
addımlarla yanaşı, seçki
mübahisələrinin həlli istiqamətində də
müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının
artırılması, bununla bağlı
görülən işlərin səmərəliliyinin
gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.
Azərbaycan.- 2020.- 23 yanvar.- S. 4.