Azərbaycanda biznes sahəsində şəffaflığın artırılması yüksək qiymətləndirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Loik Tassel görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın şəffaflığın artırılması, vergi gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirdi. Bildirildi ki, bu, "Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes sosial fəaliyyəti barədə danışdı.

Prezident İlham Əliyev gələcəkdə Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin görüləcəyini vurğuladı.

Söhbət zamanı bildirildi ki, "Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulandı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.

 

Azərbaycan.- 2020.- 24 yanvar.- S. 2.