Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Yanvarın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2020-ci il 15 yanvar tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Ərizəçinin özünün də iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan geniş müzakirələr nəticəsində müraciətə dair müvafiq qərar qəbul edilib.
İclasda, həmçinin 8 saylı Binəqədi birinci və 33 saylı Xətai birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də olunub.
Beynəlxalq və xarici
qurumların, eləcə də kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin Milli
Məclisə seçkilərlə bağlı cari məsələlərə də
baxılıb. Salyan şəhərindəki
Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul
edib.
Azərbaycan.- 2020.- 24 yanvar.- S. 4.