Bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 14/96
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
Sahibə Məcid qızı Əmiraslanova 33 saylı Xətai birinci, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yekunları müəyyən edilənədək isə Nəsimi Abbas oğlu Cəfərov 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
23.01.2020-ci il
Azərbaycan.- 2020.- 24 yanvar.- S. 4.