Bakıda Hindistanın milli bayramı qeyd edilib

 

Yanvarın 23-də Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramıRespublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Hindistanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ilk ölkələrdən biri Hindistandır.

Səfir qeyd edib ki, 71 il öncə ölkə konstitusiyası bərqərar olunub, ötən illər ərzində Hindistan sürətlə inkişaf edib bəşəri dəyərlərə töhfə verib.

Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla bütün sahələrdə dostluğu əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu vurğulayıb.

İki ölkə arasında münasibətlərə toxunan səfir bildirib ki, Azərbaycan Hindistan arasında dərin mədəni tarixi əlaqələr mövcuddur: "Multikulturalizmə mədəniyyətlərarası dialoqa olan hörmət bizi bir-birimizə bağlayır. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur bu ilbəil genişlənir. Azərbaycan Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq edir”.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov əlamətdar gün münasibətilə Hindistan xalqını Azərbaycan hökuməti adından təbrik edib, iki ölkəni bir-birinə mədəni, tarixi dəyərlərin bağladığını vurğulayıb. Nazir müavini Azərbaycanla Hindistanın siyasi əlaqələrinin uğurla inkişaf etdiyini ölkələrimizin beynəlxalq siyasi platformalarda səmərəli əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıb: "2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Hazırda Azərbaycanda 230 Hindistan şirkəti fəaliyyət göstərir onlar Azərbaycana 1,2 milyard ABŞ dolları sərmayə yatırıblar”.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri ictimaiyyət nümayəndələri iştirak edib.

 

Azərbaycan.- 2020.- 24 yanvar.- S. 4.