Leyla Abdullayeva: Ermənistan
Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, özünün
işğalçılıq siyasətini etiraf
etməlidir
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı reaksiyasına münasibətdə şərhlə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı açıqlama yayıb.
Leyla Abdullayeva deyib: "Öncə qeyd etmək istərdim ki, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın qəhrəman oğul və qızlarının ölkənin müstəqilliyi uğrunda canlarından keçərək, müasir tariximizin şərəfli bir səhifəsinə adlarını öz qanları ilə yazmalarının 30-cu ildönümü həm ölkəmizdə, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən dünyanın 60-dan çox ölkəsində anım mərasimləri ilə qeyd olundu. Beynəlxalq ictimaiyyətin, o cümlədən ölkəmizdəki diplomatik korpusun bu xüsusda bizə verdiyi dəstəyi xüsusilə vurğulamaq istərdik.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi qırğın insanlıq əleyhinə cinayətdir və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.
O ki, qaldı
Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı
apardığı uydurma təbliğata, bu kimi fəaliyyəti ilə
Ermənistan tərəfi Azərbaycanın dinc
əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı
şəhərində bir gecədə
613 mülki
şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə
ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən
təsdiqlədiyi etnik təmizləmə
siyasətini və yüz minlərlə
azərbaycanlının fundamental
hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq
ictimaiyyət tərəfindən qətiyyətlə
pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir”.
Azərbaycan.- 2020.- 24 yanvar.- S. 5.