İnsanın ən böyük dəyəri sevgidir

 

Cənnət Səlimova - 80

 

Onun üçün ən başlıcası istedaddır. Düşünür ki, teatr sənətində möcüzə bu istedadlı insanlarla - aktyorlar, rejissorlar və bəstəkarlarla görüşüb işləyəndə baş verir. "İstedad vəfalıdır. Mən o qədər teatrla nəfəs alıb, hətta teatrda ölən aktyorlar görmüşəm ki”. Bu sözləri müsahibələrinin birində söyləmiş Azərbaycanın görkəmli teatr rejissoru, Xalq artisti Cənnət Səlimova özüteatrla nəfəs alan sənətkarlarımızdan biridir.

Yanvarın 20-si onun doğum günüdür. 1990-cı ildə baş verən qanlı faciədən sonra ad gününü həmin tarixdə qeyd etmir. Bu seçimini bilənlər Cənnət Səlimovanı həmin gündən bir neçə gün əvvəl, ya da sonra təbrik edirlər.

O, 1940-cı il yanvarın 20-də Bakı şəhərində dünyaya gəlib. Xatirələrində uşaqlıq çağları, valideynləri belə qalıb: "Keçmiş Aziatski, indiki Əlövsət Quliyev küçəsində yaşamışıq. Atam ləzgi, anamsa cuhud qızıydı. Yaşadığımız bina əfsanəvi bina idi. Onun bir mərtəbəsini "Azdramaya vermişdilər. Orada Cəfər Cabbarlı, Mərziyə Davudova, Ülvi Rəcəb kimi insanlar yaşamışdı. Atamın Mərziyə Davudovaya çox böyük sevgisi, rəğbəti vardı. Mənim adımı da Mərziyə qoymaq istəyib. Amma anam razı olmayıb: "Gəl, ona isə gözəl bir ad tapaq. Cənnəti xatırladan bir ad olsun”. Atam da adımı elə Cənnət yazdırıb. Şəhadətnamə rusca olduğundan orada Canet yazılıb. Əslində Cənnətdir”.

Ömrünün ilk çağları dünyanın qanlı-qadalı illərinə düşüb. O, körpə ikən başlayan müharibə özü ilə qüssə, hüzn, dərd, aclıq, yoxsuluq gətirib. Qayğılı keçsə , çətinliklər görsə , o illəri həsrətlə yada salıb müsahibələrində: "Uşaqlıq xoşbəxtlikdir. Sevdiklərinlə bir yerdə keçirdiyin vaxtlardır. Hərçənd mənim uşaqlığım müharibə zamanlarına düşüb. Aclıq günlərini görmüşük... Amma bu çətin günlər mənim ən xoşbəxt zamanlarım olub. Atam anamın bir-birinə məhəbbəti var idi, məni sevgi içində böyüdüblər. O illəri əziz bir kinolent kimi gözümün qabağından keçirirəm”.

Oxumağa çox həvəsli olub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1962-ci ildə həmin məktəbi bitirib. Təhsilini davam etdirmək istəyi onu bir neçə il çox sevdiyi Bakı şəhərindən uzaq salıb. 1962-1967-ci illərdə Cənnət Səlimova Leninqrad Dövlət Teatr Musiqi Kinematoqrafiya İnstitutunun Dram rejissoru fakültəsində oxuyub. 1967-ci ildən isə Səməd Vurğun adına Rus Dram Teatrında rejissor kimi çalışıb. Bu teatrda işlədiyi iyirmi beş il ərzində bir çox qastrollarda, festivallarda iştirak edib. 1982-ci ildən 1991-ci ilədək isə o, həmin teatrda baş rejissor vəzifəsində işləyib. Rus Dram Teatrının səhnəsində Cənnət Səlimova "Vanya dayı”, "İdiot”, "Kuraj ana onun uşaqları”, "İvanov”, "Mehmanxana sahibəsi”, "Beluginin evlənməsiəsərlərinə quruluş verib.

1991-ci ildə Cənnət Səlimova Bakı Kamera Teatrını yaradıb bədii rəhbəri olub. Həmin teatrda "Qodo həsrətində”, "Ezop”, "İtlər”, "Hekayəti-xırs quldurbasantamaşalarını təqdim edib. 2009-cu ildən Kamera Teatrı Gənc Tamaşaçılar Teatrına birləşdirilib Cənnət Səlimova ora baş rejissor təyin edilib. Kamera Teatrının repertuarından bəzi tamaşaları burada yenidən hazırlayıb. Tanınmış rejissor bu teatrda "Aydın”, "Şeyx Sənan”, "Hekayəti xırs quldurbasan”, "Məkkəyə gedən yol”, "Cəsur qurbağa balası”, "Axırıncı qatar, yaxud itlər”, "Ezop”, "Sərgüzəşti-vəziri-xani-Lənkəran”, "Mənim göyərçinim”, "Göyçək Fatma”, "Romeo Cülyetta”, "Buzovna kəndinin əhvalatları”, "Müsyo Jordan Dərviş Məstəli şah”, "Əlincə qalası”, "İtalyansayağı xoşbəxtlik”, "III Riçard”, "Mehmanxana sahibəsi başqa əsərləri səhnələşdirib. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir. Bundan başqa, o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında da rejissor kimi fəaliyyət göstərib. Həmin teatrda "Silva”, "Bayadera”, "Maritsa”, "İddialı qaraçı”, "Şən dul qadın”, "O olmasın, bu olsun”, "Baladadaşın toy hamamıtamaşalarına quruluş verib.

2006-cı ilin mayından Cənnət Səlimova Azərbaycan Dövlət Akademik Opera Balet Teatrına əvəzçilik üzrə quruluşçu rejissor vəzifəsinə qəbul edilib. Teatrda "Söyüdlər ağlamaz”, "Sevil”, "Traviata”, "Məsxərəçilər”, "Bohemakimi operaları, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında isə "Fərhad Şirin” dram əsərini səhnəyə qoyub. Ümumiyyətlə, hansı teatrda çalışmasından asılı olmayaraq quruluş verdiyi tamaşaların hər birində onun özünəməxsus yozumu, dəstxəti var.

Cənnət Səlimova ömrünün əlli ilindən çoxunu Azərbaycan incəsənətinin inkişafına həsr edib. O, tələbəlik illərindən başlayaraq həyatını teatrda, aktyorların arasında, yaradıcılıq axtarışlarında keçirir. Özü "mənim teatrdan ayrı həyatım olmayıbdeyir. Cənnət xanım hər zaman tamaşaçılarına böyük diqqətlə, həssaslıqla yanaşır: "İncəsənət din deyil, amma o da vasitədir. Mən bu vasitə ilə özümü ifadə edirəm. Allahın mənə göstərdiyi işığı tamaşaçıya göstərməliyəm. Bilirsiniz, insanın ən böyük dəyəri sevgidir. Bizim ömrümüz azdır. Əsrimiz o qədər qısadır ki... Onu nifrətə xərcləmək olmaz. Bütün yaradıcılığım bunun üzərində qurulub. "Şeyx Sənanda, "Aydında, "Romeo Cülyetada, "Danabaş kəndinin əhvalatlarıda, hətta Mirzə Fətəli Axundovun komediyaları da bunun üzərində qurulub”.

Çox oxuyur. Tamaşa üçün əsər seçərkən, ilk növbədə, tamaşaçıya maraqlı olmasını nəzərə alır. O, hər zaman, dönə-dönə tamaşaçılarını çox sevdiyini vurğulayır. İstəyir ki, tamaşaçı onu başa düşsün, ona yaxın olsun. "Teatr tamaşaçısız yaşaya bilməz. Biz tamaşaçılar üçün yaşayırıq yaradırıqfikri buradan irəli gəlir.

Onun Azərbaycan mədəniyyəti, incəsənəti qarşısında xidmətləri gördüyü bu işlərlə çərçivələnmir. Cənnət Səlimova həm uzun illərdir pedaqoji fəaliyyət göstərir. Azərbaycan Dövlət İncəsənət Mədəniyyət Universitetinin professorudur. O, auditoriyada da, çalışdığı teatrlarda da gənc rejissorların, aktyorların sənətin sirlərini öyrənmələri yolunda öz bilik bacarığını əsirgəmir.

Teatr sənəti naminə çəkdiyi zəhmətlər onu usandırmır. Ümumiyyətlə, teatra sevgi Cənnət xanım üçün elə fədakarlıq deməkdir. Buna görə deyib: "Teatra sevgi yalnız baş rollarda oynamaqla bitmir. Əgər doğrudan sevirsənsə, teatrda süpürgəçi işləmək xoş olur. Aktyor tamaşaçı ilə üzbəüz qalır. Amma rejissor ürəyi ilə tamaşaçını hiss edib tamaşanı hazırlamalı, aktyorlara rol bölməlidir”.

O hesab edir ki, incəsənət-ədəbiyyat, musiqi, teatr, kino... hamısı insanın mənəvi dünyasını, ruhunu zənginləşdirmək üçündür. Teatr isə Cənnət Səlimova üçün bambaşqa bir aləmdir. Bu sevgi ilə danışır: "Mən, ümumiyyətlə, teatrı çox sevirəm. Xüsusən, zalda oturub pərdənin açılmağını gözlədiyim vaxt çox sevirəm”.

Həyatının ən gözəl, ən mənalı illərini həsr etdiyi teatr sənəti qarşısında xidmətləri hər zaman yüksək dəyərləndirilib. Cənnət Səlimova 1972-ci ildə Əməkdar artist, 1999-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2001-ci ildən Prezident təqaüdçüsüdür. "Şöhrətordenlidir. Ömrünün 80-ci ilində isə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Cənnət Səlimova "Şərəfordeni ilə təltif edilib.

"Teatrda bir qanun var: Müvəffəqiyyət! O varsa, hər şey var...” deyən sənətkardan elə tamaşaçıları da uğurlu tamaşalar gözləyirlər.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 24 yanvar.- S. 7.