Davosda “Equinor”
şirkətinin baş icraçı direktoru ilə görüş
Azərbaycan Prezidenti İlham
Əliyevin İsveçrəyə işgüzar səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Davosda
"Equinor” şirkətinin baş icraçı direktoru Eldar
Saetre ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, görüşdə
"Qarabağ” yatağı layihəsi müzakirə olundu.
"Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda
olduğunu deyən dövlətimizin başçısı
ölkəmizdə onun fəaliyyətinə çox
böyük əhəmiyyət verildiyini qeyd etdi.
Söhbət
zamanı alternativ enerji mənbələri üzrə layihələr
barədə də fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2020.- 25 yanvar.- S. 1.