“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb

 

Qazma əməliyyatları strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq

 

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. Bu barədə SOCAR və BP şirkətləri məlumat yayıblar.

"Şəfəq-Asiman”ın birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) bu iki şirkət arasında 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. Sazişdə onların hər biri 50 faiz iştirak payına malikdir, operator BP-dir.

SAX01 bu müqavilə sahəsində qazılacaq ilk quyudur 2011-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmiş HPBS çərçivəsində BP-nin öhdəliklərinə uyğundur. Quyuda qazma tamamlanandan sonra əldə olunan göstəricilər təhlil ediləcək onlar uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.

Xatırladaq ki, "Şəfəq-Asimanbloku Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometr məsafədə yerləşir. Bu 1100 kvadrat kilometrə yaxın sahəni əhatə edir ərazisində suyun dərinliyi 650-800 metr arasında dəyişir.

"Şəfəq-Asiman”ı "Şahdənizyatağından 60 kilometr Səngəçal terminalından 145 kilometr məsafə ayırır. 2012-ci ildə bu müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramı həyata keçirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb. Sonra isə ilk quyunun yeri seçilib qazma fəaliyyətləri planlaşdırılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bununla bağlı deyib: "Bir müddət əvvəl biz tərəfdaş BP şirkəti ilə birlikdə "Şəfəq-Asimanstrukturunda seysmik kəşfiyyat işlərini uğurla başa çatdırdıq. İndi növbəti mərhələyə qədəm qoyaraq, kəşfiyyat quyusunun qazılmasına başlayırıq. Kəşfiyyat qazması strukturun potensialının tam dəqiqləşməsinə imkan yaradacaq. Qürurla deyə bilərik ki, bu gün "Şahdəniz”, "Azəri-Çıraq-Günəşli "Şəfəq-Asimankimi mürəkkəb layihələr çərçivəsində qazma işlərindən tutmuş dərin özüllərin inşasına kimi bütün əsas xidmətlər məhz Azərbaycan şirkətləri, SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir. Bu da müstəqillik dövründə Azərbaycan neftçilərinin qazandığı ən mühüm nailiyyətlərdən biridir.”

BP-nin Azərbaycan, Gürcüstan Türkiyə regionu üzrə prezidenti Qəri Counz bildirib ki, "Şəfəq-Asimandəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq sevinirik: "Bu dəniz blokunun irimiqyaslı qaz ehtiyatlarının kəşfi üçün xeyli potensialı var. Qazma proqramının təhlükəsiz etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün böyük hazırlıq işləri aparılıb”.

SAX01 quyusu "Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qazma zamanı təzyiqi tam idarə etmək imkanlarına malik olan bu qurğu keçən ilin noyabr ayında SAX01 quyusunda aparmaq üçün müqavilə əsasında götürülüb. Qurğu quyunun qazılacağı sahəyə gətirilib burada əməliyyatların başlanmasına hazırlıq görülüb.

Quyunun ümumi dərinliyinin 7000 metrə çatacağı planlaşdırılır qazma işlərinin təxminən doqquz ay davam edəcəyi gözlənilir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 25 yanvar.- S. 3.