Nazirlər
Kabinetində görüşdə Azərbaycan–Rusiya iqtisadi əlaqələrinin inkişafından
danışılıb
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Nazir Əli Əsədov Mixail Qusmanı yubileyi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin getdikcə dərinləşdiyi vurğulanıb, humanitar əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı "Bakı-Moskva: mədəniyyətlərin
dialoqu” konfransının uğurla
keçdiyi və xalqlar
arasında münasibətlərə müsbət təsir
göstərdiyi vurğulanıb.
Azərbaycan.- 2020.- 25 yanvar.- S. 2.