Vətən
mücahidləri
"Aprel döyüşləri salnaməsi”ndə
şəhidlərin ömür
kitabları vərəqlənir
"...Hər kəsin bir ömür kitabı var. Kimisində o
kitabın səhifəsi
çox, kimisində az olur. Şəhidlərin
ömür kitabının
səhifəsi az olsa da,
hər sətri dəyərli, mənalıdır:
qəhrəmanlıqdan bəhs
etdiyi üçün.
Onların həyatlarına nəzər saldıqca Vətənimizi daha çox sevirik. Çünki Vətən
məhəbbətinin şəhadətə
ucaltdığı şəhidlərin
sevgisi daha müqəddəsdir…”
Bu sətirlər canını
Vətən yolunda qurban verməkdən çəkinməyən şəhidlərimizdən
birinin ömürnaməsindən
götürülüb. Əslində, bu fikirləri ümumiləşdirərək Manya Səxavətqızı
şəhidliyin müqəddəsliyini
ifadə edib. "Aprel döyüşləri
salnaməsi” - "Vətən
mücahidləri” kitabında
belə dəyərli
və ibrətamiz fikirlər az deyil.
Yeni nəşrlər
sırasına əlavə
edilən topluların
müəlliflərinin hər
üçü gənc
xanım yazarlardır. "Vətən mücahidləri”
(I və II hissə) bədii publisistik toplunu müəlliflər
haqlı olaraq "Aprel döyüşləri
salnaməsindən” adlandırıblar.
Burada Aprel şəhidlərinin
bir çoxunun qısa və şərəfli ömür
yollarından söz açılır.
"Vətən mücahidləri”ni
araya-ərsəyə gətirən
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Prezident təqaüdçüsü,
"Zərif kölgələr”
layihəsinin həmmüəllifi
Gülnarə Sadiq, Manya Səxavətqızı
və Aysel Nəsirzadədir.
Müəlliflərin hər üçü çətin, lakin müqəddəs bir yolun sonuna gəlib
çıxıblar. Həmmüəlliflərdən
olan Gülnarə Sadiq deyir: "Aprel zəfərini bizlərə şəhidlərimiz
yaşadıb. Saxta erməni
mifini darmadağın
edən Azərbaycan Ordusu 2-3 günlük əməliyyatda bir daha təsdiqlədi ki, düşmən necə aciz və qorxaqdır. Bunu yazmaq, tarixiləşdirmək
isə əli qələm tutanların borcudur. Biz bu amalla şəhidlərimizin
şərəflə getdikləri
yola üz tutduq və onların bir dastanlıq qəhrəmanlığının
şahidinə çevrildik...”
2016-cı ilin Aprel
döyüşlərinin zəfər
salnaməsi sayılan
"Vətən mücahidləri”
(Aprel döyüşləri
salnaməsindən) adlı
kitabların Bakı şəhəri Nərimanov
Rayon İcra Hakimiyyətinin
iclas zalında Nərimanov Rayon Gənclər
və İdman İdarəsinin təşkilatçılığı
ilə təqdimatı
keçirilib. Tədbirdə çıxış edən
Nərimanov Rayon Gənclər
və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, layihənin maliyyə dəstəkçisi Bəhruz
Məmmədov, şəhid
ailələri üzvlərindən
Şahin Məmmədov,
Nəcibə Axundova, Sabir Mirzəyev, Elçin Əsədli, ilahiyyatçı Ramil Bədəlov, şair-publilsist,
DGTYB-nin sədri Əkbər Qoşalı və digərləri bildiriblər ki, gənc xanım yazarların ortaya qoyduqları hər iki kitabın dəyəri onların həcmində deyil, səhifələrində ürək
yanğısı və
vətənpərvərliklə qələmə alınan
oçerklərdə, şəhidlərimizin
müqəddəs ruhlarına
həsr edilən şeirlərdədir.
Aysel Nəsirzadə onu da vurğulayıb ki, aylardır gecə-gündüz çəkdikləri
zəhmət, nəhayət,
öz nəticəsini
verdi: "Hər sətrinə göz yaşı daman
"Vətən mücahidləri”
neçə-neçə bizə
dəstək olan digər qələm adamlarının da yaxından iştirakı ilə araya-ərsəyə
gəldi ki, bu da rəmzi
olaraq biz yazarların vətənpərvərlik mövzusunda
birliyinin simvoludur. Birlikdə çıxdığımız yolda ən böyük
dəstəyi şəhid
ailələrindən gördük”.
Tədbirdə Nərimanov Rayon Gənclər
və İdman İdarəsi yeni təşəbbüs irəli
sürüb: "Hər
üç xanım yazardan birlikdə bu rayondan Vətən
uğrunda canlarından
keçmiş şəhidlərimizin
də ömür yoluna işıq salacaq bir kitab
yazmalarını istərdik”.
Sonda respublikanın
Əməkdar artisti, şəhid ailəsi Aybəniz Haşımovanın
quruluşunda təqdim
edilən ədəb-bədii
kompozisiya tədbir iştirakçılarına kövrək
hisslər yaşadıb.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2020.- 25 yanvar.- S. 5.