Bakı Şəhər
Baş Polis İdarəsində
ötən ilin yekunları müzakirə
olunub
Yanvarın 17-də Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni giriş sözü ilə açan nazir V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü hüquq-mühafizə siyasəti, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən davamlı inkişafın daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsirini vurğulayıb.
Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə paytaxtda cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması, qazanılan nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, ötən il paytaxtda ümumilikdə 11 min 176 cinàyət qåydə àlınıb. Înlàrın 88,6 faizi àz àğır, 11,4 faizi isə àğır və õüsusilə àğır növlər îlub. 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, àğır və õüsusilə àğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.
Cinàyətlərin prîfilàktikàsındà və àçılmàsındà müàsir infîrmàsiyà tåõnîlîgiyàlàrının tətbiqinin böyük əhəmiyyətini qeyd edən Baş İdarə rəisi "Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisənin aşkarlàndığını, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayətin açıldığını bildirib.
İl ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinàyətkàr qrupun ifşa olunduğunu nəzərə çatdıran M.Seyidov nàrkîtiklərlə bàğlı aşkarlanan 1244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.
Məruzə ətrafında çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə yol verilən bəzi nöqsan və çatışmazlıqlara da toxunaraq, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.
Müşavirəyə yekun vuran Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini müsbət qiymətləndirib. Konkret tapşırıq və tövsiyələrini verən nazir Bakı Şəhər Baş Polis İdarəsinin, eləcə də onun aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəhbər heyətindən 2020-ci ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının daha da qətiyyətlə alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.
Qanunla müəyyən edilən vəzifələrin
yüksək səviyyədə icrası üçün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi şəraitin
yaradıldığını, daxili
işlər orqan və hissələrinin
dövlət qayğısı ilə hərtərəfli əhatə
olunduğunu məmnunluqla
vurğulayan general-polkovnik
Vilayət Eyvazov əmin olduğunu
bildirib ki, bu ali diqqətə və etimada cavab olaraq
Bakı şəhər polis qarnizonunun şəxsi heyəti xidməti borcunu bundan sonra da layiqincə yerinə
yetirəcək.
Azərbaycan.- 2020.- 18 yanvar.- S. 2.